Icma.az
close
up
RU
Gülə gülə özünə ölüm hökmü istədi

Gülə gülə özünə ölüm hökmü istədi

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

ABŞ-ın Florida ştatında 37 yaşlı Stiven Qress 16 yaşlı Miranda Korsettin oğurlanması və öldürülməsində özünü təqsirli bilib. Bununla belə, o, qıza ölümcül xəsarətləri şəxsən yetirmədiyini iddia edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Pinellas dairə məhkəməsində çıxış edən Qress gülümsəyərək, hakimdən ona ölüm cəzası verilməsini istəyib. O bildirib ki, ömrünün qalan hissəsini həbsxanada keçirmək istəmir.

Hakim Filip Federiko təqsirləndiriləndən qərarının nəticələrini anlayıb-anlamadığını bir neçə dəfə soruşub. Qress isə ömürlük həbs və ölüm cəzasının hər ikisini “məğlubiyyət” adlandırsa da, həbsxanada daha bir neçə onillik keçirməkdənsə, edam olunmağa üstünlük verdiyini deyib.

Qress ən azı 2026-cı ilin iyulundan təqsirini etiraf etmək istəyib. Məhkəmə əvvəlcə onu əlavə psixiatrik ekspertizaya göndərib. Mütəxəssis Mark Krouford onun qərarını şüurlu və könüllü şəkildə verdiyi qənaətinə gəlib.

Cinayət işi 2025-ci ilin fevralında 16 yaşlı Miranda Korsettin ölümü ilə bağlıdır. Sent-Pitersberq polisinin məlumatına görə, Qress yeniyetmə ilə sosial şəbəkədə tanış olub və onu yaşadığı mənzilə aparıb.

İstintaq hesab edir ki, qız burada bir neçə gün saxlanılıb və zorakılığa məruz qalıb.

İstintaq versiyasına görə, hadisələr itmiş üzük üstündə yaranan mübahisədən sonra ağırlaşıb. Daha sonra həmin üzüyün Qressin avtomobilində tapıldığı bildirilir.

Qress qızın ölümündən sonra meyitin parçalanması və qalıqların zibil konteynerinə atılmasında iştirakını inkar etmir. Bununla belə, o, Mirandanın ölümünə birbaşa birlikdə yaşadığı Mişel Brandesin səbəb olduğunu iddia edir.

Brandes isə ittihamları qəbul etmir. Onun işi ayrıca araşdırılır, qadın birinci dərəcəli qətl və adam oğurluğunda ittiham olunur. Prokurorluq onun barəsində də ölüm hökmü tələb etməyi planlaşdırır.

Qress cəzanın münsiflər heyəti tərəfindən müəyyənləşdirilməsindən imtina edib. Lakin onun özünün ölüm cəzası istəməsi hökmün avtomatik olaraq belə olacağı anlamına gəlmir. Son qərarı ağırlaşdırıcı və yüngülləşdirici halları nəzərdən keçirdikdən sonra məhkəmə verəcək.

Qressin cəzasının müəyyənləşdirilməsi mərhələsi üzrə ilkin iclas noyabrın 4-nə, Brandesin işi üzrə növbəti məhkəmə iclası isə oktyabrın 22-nə təyin edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://lent.az
archiveBu xəbər 21 Avqust 2026 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see371

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see353

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see322

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see303

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see282

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see272

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see265

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see255

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see250

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see239

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see239

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see238

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see236

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see235

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see226

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see214

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see210

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see205

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri