Icma.az
close
up
RU
Gülərüz öz yurdumuza qayıtmışıq Prezidentin qonaq olduğu sakinlər DANIŞDI

Gülərüz öz yurdumuza qayıtmışıq Prezidentin qonaq olduğu sakinlər DANIŞDI

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Prezident İlham Əliyev fevralın 19-da Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, sonra kəndə köçən bir qrup sakinlə görüşüb.

Dövlətimizin başçısı əvvəlcə kənd sakinləri Məmməd Quliyev və Əvəz Orucovun evlərində yaradılan şəraitlə tanış olub, onlarla səmimi söhbət edib.

İlham Əliyev qeyd edib ki, Ballıca kəndi işğaldan sonra vərpa edilən 10-cu yaşayış məntəqəsidir. "Mənə verilən məlumata görə, artıq 460 keçmiş köçkün burada yerləşib, 137 ev bərpa edilib və əlavə təqribən 60-a yaxın ev də bərpa olunacaq. İndi 460 insan artıq bu kənddə yerləşib, şərait də yaxşıdır", - o bildirib.

Modern.az Prezidentin evlərində qonaq olduğu həmin sakinlərlə əlaqə saxlayıb.

Saytımıza açıqlamasında Məmməd Quliyev bildirib ki, o, illərdir Prezidentin onun ailəsini ziyarət etməsini arzulayıb:

“Mənim üçün həyatımda olmayan bir gözəllik idi o. Ona görə ki, cənab Prezidentimiz 30 illik həsrətə son qoydu.  Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. 30 il əvvəl pis vəziyyətdə yurdumuzdan çıxıb getmişdik. Amma bu gün gülərüz öz yurdumuza qayıtmışıq. Mən həmişə yuxuda görürdüm ki, cənab Prezident bir gün bizim qonağımız ola bilər? Allah şükürlər olsun”.

Məmməd Quliyev deyib ki, bu gün öz dədə-baba torpağının üzərində yaşamaqdan qürur duyur:

“Ballıca kəndi bizim doğmaca torpağımızdır. Deyirlər ki, birinci anadır, ikinci torpaq. Torpaq olmasa, heç ana da olmaz. İnsan birinci yaşadığı torpağı sevməlidir. Torpaqdan gözəl dünyada nəsə var ki?! Bu gün ən qürurlu saniyələri yaşayırıq. Çünki bu torpağın üzərində yaşayırıq”.

Digər kənd sakini Əvəz Orucov isə bunları deyib:

“Allah Prezidentimizə dəyməsin, onun canını sağ eləsin. Allahdan qazilərimziə şəfa, şəhidlərimizə rəhmət diləyirik. Mən bu kənddə yaşamışam. 1988-ci ildə Ballıcadan Xocalıya köçmüşük. Daha sonra oradan da köçdük. Allah Ali Baş Komandanımıza dəyməsin, onun qadasın alım. Dünən bizim evdə oldu, özünə də dedim ki, bizi bu torpaqlara qaytardı. Allah onu var eləsin. Ona həyatımız boyu minnətdarıq. Evimizə gəldi, dolanışığımızı filan soruşdu. Biz də işlə təmin olunduğumuzu dedik. Allah ona dəyməsin”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Fevral 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri