Icma.az
close
up
RU
Menu

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

Gülməyi kimdən öyrəndin?

Gülməyi kimdən öyrəndin?

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2020-ci ilin sentyabrında Azərbaycan millisi Bakıda Lüksemburqa 1:2 hesabıyla məğlub olmuşdu. Həmin vaxt komandamızı italyan Canni De Byazi çalışdırırdı. Onun Albaniyanı Avropa çempionatının final mərhələsinə çıxarmasını əlində bayraq edən AFFA bizi inandırmağa çalışırdı ki, italyan burda da həmin uğurunu təkrarlayacaq. Unudurdular ki, De Byazi Azərbaycana gələndə Albaniya millisinin futbolçularını da gətirə bilməyəcək. Bizim futbolçuların səviyyəsi isə böyük turnirlərin final mərhələsində yarışmağa yetərli deyil.

Hər dəfə bunu deyirik, təkrarçılıq etməyim və qayıdım 2020-ci ilin sentyabrına. Milli Lüksemburqa uduzanda sosial şəbəkələrdə mizahlı satirik yazıları ilə tanınan Alim Cəfər belə bir status yazmışdı: "Azərbaycan millisinin uduzmadığı ölkələr: Urartu, Ağqoyunlular, Qaraqoyunlular...” Yəni ki, uduzmadığımız bir Lüksemburq qalmışdı, ona da uduzduq, başqa kimə gücümüz çatacaq?!

Sən demə, FİFA-nın siyahısı geniş imiş. Başqa qitələrə boylandılar ki, Azərbaycan millisinin qalib gələ biləcəyi komanda tapsınlar, AFFA-nın da üzü gülsün. Avropada artıq belə yığma tapmaq xeyli müşkül məsələdir. FİFA da sağ olsun, bizim üçün beləsini tapıb. Onların sayəsində öyrəndik ki, bu dünyada Sent Lüsiya adında dövlət varmış, onlar da futbol oynayırmışlar. Bu gün həmin o Sent Lüsiya yığması bizim millinin rəqibi olacaq.

Ümid edirik ki, bizimkilər FİFA-nın bu hədiyyəsini sevə-sevə qəbul edəcəklər, zəif rəqibini böyük hesabla məğlub etməyi bacaracaqlar. Ondan sonra da AFFA-dan səxavət gözləmək, ayrılacaq mükafatı hara xərcləmək haqqında düşünmək olar. Bu qələbədən sonra da Ayxan Abbasov sinəsini bir qədər də şəstlə irəli verəcək, qalibiyyəti necə əldə etdiyimizdən danışacaq.

Təbliğatçıları da onun milliyə təyinatından sonra komandaya milli ruhun qayıtmasından yazıb-danışacaqlar. Guya ki, Ayxan Abbasov millimizə gələn kimi Bədavi Hüseynov, Şahruddin Məhəmmədəliyev, Renat Dadaşov, Anton Krivotsyuk və digərləri birdən-birə dönüb olublar vətənpərvər. 

Deyəsən, qələbənin sərxoşluğu Ayxan Abbasova əvvəlcədən təsir etməyə başlayıb, adam indidən yerli-yersiz gülməyə başlayıb. "Sabah”ın karyerasına böyük zərbə vurduğu, hakim Rauf Allahverdiyev kimi futboldan silməyə çalışdığı Yusif İmanovun milliyə hansı səbəbdən çağırılmaması ilə bağlı suala Ayxan bəy kinayəli gülüşlə cavab verib. Bir vaxtlar Türkiyə millisini çalışdıran Şenol Güneş "Fənərbaxça”nın stadionunda keçirilən qarşılaşmaya "Trabzonspor”un rəngləri ilə süstlənmiş qalstuk taxıb gəlmişdi. Onun bu hərəkəti etiraz doğurmuşdu, millinin baş məşqçisinin öz statusuna uyğun davrana bilməməsi tənqid edilmişdi. İndi görürük ki, Ayxan bəy də hansı postu tutduğunu unudur, Yusif İmanovun karyerasına, səviyyəsinə kinayəylə gülür. Gülünəsi adamsa elə onun özüdür. Ona görə ki, aylardar meydana çıxmayan, məşq etməyən Şahruddin Məhəmmədəliyevi yığmaya çağırıb, Yusif İmanovu yox. 

Bu gün milli oynayır. Bizim hamımız azarkeşlik etdiyimiz milli. Ayxan Abbasov olsun, yaxud da Fernandu Santuş, fərq etməz. Bizim üçün həmişə milli dəyərlidir. Bu səbəbdən də çox dərinə gedib, Abbasovun qanını qaraltmaq istəmir. Ona və millinin futbolçusuna axşamkı görüşdə uğurlar arzulayıram. Ümid edirəm ki, özü də artıq səhvini başa düşüb, AFFA rəhbərliyi də onunla ciddi söhbət edib. Soruşublar ki, belə gülməyi kimdən öyrəndin? Necə deyərlər, həyat səni güldürəndə gülmək hünər deyil, hünər odur ki, həyat səni ağladanda gülə biləsən. Yəni, rəqibin Sent Lüsiya yox, Fransa olanda.

Amal Abuşov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 Mart 2026 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see353

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see336

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see317

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see299

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see264

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see256

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see248

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see233

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see221

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see210

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see204

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see204

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see203

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see201

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see195

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see195

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see179

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see178

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see168

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri