Icma.az
close
up
RU
Gültəkin Hacıbəylinin aqibətini onlar da yaşaya bilər Bilinməyənlər

Gültəkin Hacıbəylinin aqibətini onlar da yaşaya bilər Bilinməyənlər

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Xəbər  verdiyimiz kimi, Türkiyədə saxlanılan Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəyli bu gün səhər saatlarında Azərbaycana deportasiya edilib. Məhz bundan sonra bir sıra hüquqi məsələlər gündəmə gəlib.

Deportasiya hansı hallarda həyata keçirilir? Bir dövlətin vətəndaşı səfərdə olduğu ölkədə hansı hallarda öz ölkəsinə qaytarılır? Şəxs istəsə, üçüncü ölkəyə gedə bilərmi?

Globalinfo.az-a danışan vəkil Hikmət Əliyev deyib ki, deportasiya əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkədən məcburi çıxarılmasıdır:

Qanun bunu yalnız konkret hallarda tətbiq edir. Buna şəxsin vizasının və ya yaşama icazəsinin ləğvi, onun ölkədə olmasının arzuolunmaz sayılması, cəzaçəkmədən azad edildikdən sonra burada qalması üçün hüquqi əsasın olmaması və qaçqın statusu verilməsindən imtina edilməsi hallarını göstərmək olar. Bir ölkənin vətəndaşı səfərdə olduğu başqa ölkədə miqrasiya qaydalarını pozduqda, viza müddətini aşdıqda, saxta sənəd təqdim etdikdə və ya ictimai qayda üçün risk yaratdıqda geri qaytarıla bilər”.

Hikmət Əliyev

Vəkilin sözlərinə görə, deportasiya yalnız şəxsin öz ölkəsinə göndərilməsi demək deyil:

“Qanuna görə, əcnəbi əvvəlcə vətəndaşı olduğu ölkəyə, bu mümkün deyilsə, birbaşa gəldiyi ölkəyə göndərilir. Vətəndaşlığı olmayan şəxs isə ya daimi yaşadığı ölkəyə, ya gəldiyi ölkəyə, ya da onu qəbul etməyə hazır olan üçüncü bir ölkəyə çıxarıla bilər. Yəni şərait imkan verirsə, deportasiya üçüncü ölkəyə getməyi də istisna etmir. Beləliklə, deportasiya həm tətbiq əsasları, həm də istiqamət seçimi baxımından qanunla dəqiq tənzimlənən bir prosedurdur. Şəxsin hansı ölkəyə çıxarılacağı onun hüquqi statusu və qəbul edən ölkənin mövqeyi ilə müəyyən olunur”.

Qeyd edək ki, Gültəkin Hacıbəylinin adı “Ramiz Mehdiyev işi”ndə hallanır.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 01 Dekabr 2025 20:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see185

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see182

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see175

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see144

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see143

İTV Ertem Şenerin “Qarabağ”ın oyununda KONKRET

29 Noyabr 2025 21:07see143

Doqquz ay keçməsinə baxmayaraq, məsələnin həlli hələ də başa çatmayıb FOTOLAR

29 Noyabr 2025 20:46see142

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see141

“Oyunçuları 1 ay buraxmaq istəyirəm ki, gedin, futboldan uzaq olun” Video

29 Noyabr 2025 20:30see141

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see140

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see135

Qəzzada iki il ərzində ölənlərin sayı açıqlandı

29 Noyabr 2025 23:46see132

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see130

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see130

Hollivud ulduzunun 71 yaşı var, amma 32 vermək olur VİDEO

30 Noyabr 2025 05:05see129

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see127

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see126

Ayda həyatın mövcudluğunu 100 faiz inkar etmək mümkün deyil...

30 Noyabr 2025 00:35see125

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see125

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri