Icma.az
close
up
RU
Gülümsərovun limandrası, Rəfiyevin ostopolitikası

Gülümsərovun limandrası, Rəfiyevin ostopolitikası

Icma.az, Fanat portalına istinadən məlumat verir.

Qol vurmaq? Yox, bu söz birləşməsi “Sumqayıt”ın leksikonundan 10 oyundur ki, çıxarılıb. Onlar futbola sənət kimi yanaşırlar, amma abstrakt sənət kimi! On oyundur ki, topu qapıdan başqa meydanın hər tərəfinə göndərirlər. “Sumqayıt”ın oyunlarında azarkeş yorulur, amma top yorulmur. 

Dəyərli oxucu, əziz sumqayıtlılar, bir az səbr etmək lazımdır. “Sumqayıt” rəhbərliyi kluba, komandaya yeni sistem tətbiq edir. Bir növ keçid dövrü kimi başa düşək. Anlamağımız zaman ala bilər. Rəfiyevin tətbiq etmək istədiyi sistem dünyada ilk olacaq. Sənətlə futbolun sintezindən yaranan “abstrakt futbol idarəçiliyi” təcrübə dövründədir. Lap Gülümsərovun limandrası kimi. İlkin mərhələdə meydandakı oyun, sonra yavaş-yavaş rəhbərlik, idarəcilik abstrakt olacaq.  
Riad Rəfiyevin növbəti mərhələdəki addımı isə ostopolitik siyasətə keçid sayılacaq. Yəni azarkeşlərlə klub münasibətlərini yaxşılaşdırmaq prioritetə çevriləcək.

“Kimyaçılar”ın prezidentinin işgüzar nüfuza həssas yanaşması hər kəsə məlumdur. Lakin o, hazırkı durumda özündən çox  Azərbaycana Nazim Süleymanov, Arif Əsədov, Mehman Yunusov, Kamal Quliyev kimi futboluçular bəxş etmiş Sumqayıt futbolunun nüfuzunun itib-batmasından narahatdır. Məhz bu səbəbdən Rəfiyev keçid dövrünün maksimum tez bitməsinə çalışır.  
Riad müəllimi narahat edən, azarkeşlərin səbr kasasının dolacağı və onun istefasının tələb olunacağı ehtimalıdır. Yaxınlarda tovuzluların hakim idarəçiliyinə sivil etirazı “Sumqayıt” azarkeşləri üçün də presedent ola bilər. Belə ki, son on oyunda qol vura bilməyən komandanın rəhbərliyinə tribunalardan azarkeşlərin əl hərəkəti ilə sıfır göstərməsinin Rəfiyevin işgüzar nüfuzuna təsir etmək ehtimalı da var. Təkrar edim, bu, sadəcə ehtimaldır!

Bəli, işgüzar nüfuz cib dəsmalı deyil çıxarıb göstərəsən ki, məndə var, səndə yox. Nəticən sıfırdırsa, nüfuzun da ona mütənasibdir. 
Cənab Rəfiyev, bəlkə daşı ətəyindən töküb sıfırdan başlayasan... 

Əli Sahib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://fanat.az
archiveBu xəbər 10 Mart 2025 03:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see369

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see367

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see342

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see341

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see340

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see317

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see312

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see311

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see303

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see298

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see297

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see292

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see280

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see245

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see235

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see232

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see215

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see206

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see196

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri