Icma.az
close
up
RU
Gün ərzində insanları tox tuta biləcək qidalardan istifadə etsinlər MÜTƏXƏSSİS DANIŞDI

Gün ərzində insanları tox tuta biləcək qidalardan istifadə etsinlər MÜTƏXƏSSİS DANIŞDI

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Oruc tutan insanlar Ramazan ayının mənəvi tərəfləri ilə bağlı geniş və dərin fikirlərə malik olmalıdırlar. Çünki əksər hallarda insanlar xüsusi ilə son dövrdə Ramazan ayında oruc tutmağın öz gerçək mənasından uzaqlaşıb, kilo vermək yaxud uzunmüddət ac qalmaq kimi bir anlayışlarla qarışdırır. Nəzərə almaq lazımdır ki, Ramazan ayı insanın öz nəfsinin ,tamahına nəzarət etməsi üçün, özünü Allaha yaxın hiss etməsi, ibadəti üçün sayılan əməllərdəndir. Buna görə Ramazan ayında mütləq şəkildə bu amillərə daha ciddi diqqət yetirərək oruc tutmaq lazımdır. Oruc tutmaq eyni zamanda nəfsin tərbiyəsidir ki, insanlar tamahını, nəfsini qorumaq, tərbiyə etmək, aza qane olmaq üçün, şükür etməyi bacarması üçün nəfsini təmizləmək üçün oruc tuturlar ki, bu da insanlarda mənəvi zənginliyi artırır”. Bu sözləri Qida təhlükəsizliyi Hərakatının rəhbəri, Sağlam qida mütəxəssisi Məshəti Hüseynova SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, xroniki xəstəlikləri olan, davamlı hər hansı bir dərman vasitələri ilə müalicə almağa məcburi olan, hamilə və süd verən qadınlar körpənin sağlamlığını düşündüyü üçün, onlar oruc tutmaqdan azad ola bilərlər: “Səfərdə olan insanlar oruc tutmaya bilərlər. Yetkinlik yaşında, inkişafda olan xüsusilə də uşaqlar və gənclər də oruc tutmaqda azad ola bilərlər ki, bu kimi məqamlarda yenə də fərdi yanaşmaq daha əsasdır. Diqqət edəcəyimiz əsas məqamlar iftarda da, sahurda da balanslı və doğru qidalar seçməkdir. Xüsusilə də sahurda qidalanan zaman yaxşı olar ki, gün ərzində insanları tox tuta biləcək qidalardan istifadə etsinlər. Sahurda heyvan mənşəli qidalardan, yumurta, süd və süd məhsulları, pendir xüsusilə az duzlu yaxud ,duzlu pendirdən istifadə olunması tövsiyyə olunur ki, bu da onların susuzluqdan əziyyət çəkməməsi üçün ən önəmli məsələlərdən biridir”.

Mütəxəssis qeyd edib ki, yaxşı olar ki tam buğda unundan hazırlanmış çörək, yulaf və digər paxlalardan olan qidalardan istifadə etsələr bu onların gün ərzində daha doyumlu tutacaq: “Həmin qidalar yavaş həzm olunur və uzunmüddət mədə də toxluq hiss etdirir. Mütləq şəkildə bir ovucu keçməmək şərti ilə çərəzlərdən xüsusi ilə badamdan, qozdan, fındıqdan istifadə etsinlər. Daha çox sadə çərəzlərdən istifadə etsinlər. Duzlanmış, qovrulmuş çərəzlərə üstünlük verməsinlər, çünki bu onlarda susuzluq hissi yarada bilər. Eyni zamanda sahurda çayla yanaşı su içməyə diqqət etsinlər. Maye qəbuluna da diqqət etsinlər ki, bəzən yaxşı doğru miqdarda maye qəbul etməyənlər gün ərzində baş ağrısından və orqanizmin maye çatışmazlığından, yorğunluqdan, enerjinin aşağı olmasından şikayət edirlər.Yaxşı olar ki, maye təlabatı dedikdə şirin, qazlı içkilərə yol verilməsinlər. Bu ən önəmli məsələlərdən biridir. Ona görə iftarda orucu birinci növbədə su ilə açdıqdan sonra bir müddət ara verib sonra meyvə şirəsi yaxud hər hansı yüngül tez həzm olunan şorbalardan istifadə etsinlər. Bu da onlarda uzunmüddət ac qalmış orqanizm də mədə şirəsinin doğru şəkildə ifraz olunmasına və həzm prosesinin ağırlaşmamasına gətirib çıxaracaq. Eyni zamanda da qida qəbul edərkən daha tez həzm olunması üçün çox qızardılmamış, çox yağlı olmayan, aşağı kalorili və bir növ isti yeməkdən qəbul etsələr daha faydalı olar. 40 dəqiqə ara verdikdən sonra qidaların arasında mütləq şəkildə interval saxlayaraq digər qidaları qəbul etməlidir. Deserti, çayı, şirniyyatları isə yeməklərdən 45 dəqiqə ən azı 40 dəqiqə sonra qəbul edə bilərlər. Mütləq qidanı qəbul edərkən çoxlu çeynəmək, tələsməmək, yavaş-yavaş yeməyə üstünlük verməlidilər ki, bu da ən önəmli məsələlərdən biridir. Səhər yeməyində də, iftarda da mövsümü yerli tərəvəzlərdən istifadə etmək lazımdır. Çünki tərəvəzlər həm vitamin mineral balansını təmin etməklə yanaşı, həm də lifli qidalardır ki, bu da bağırsaqların funksiyalarının normal işləməsinə gətirib çıxardacaq. Çünki uzun müddət qida qəbul etməyən insanlarda, xüsusilə orucluq zamanı qəbizlikdən bəzən əziyyət çəkirlər ki, lazımı miqdarda tərəvəzlərin qəbulu bu problemidə aradan qaldırır. Buna da diqqət etmək lazımdır. Gün ərzində daha rahat olmaq üçün əsasən diqqət edəcəyi, əsasən şəkərli, şirin qidalarda, yağlı, qızardılmış, turşulardan ,duzlu qidalardan uzaq durmaları tövsiyyə olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 Mart 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri