Icma.az
close
up
RU
Günəş sisteminin xaosundan həyatın doğuşu

Günəş sisteminin xaosundan həyatın doğuşu

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Astronomlar Yer və Ayın yaranmasına dair yeni model irəli sürürlər

Bəşəriyyətin ən fundamental suallarından biri – həyatın başlanğıcı – alimlərin yeni araşdırması fonunda fərqli bucaqdan dəyərləndirilir. Astrofiziklərin təklif etdiyi modelə əsasən, 4,5 milyard il əvvəl Yerə çırpılmış nəhəng kosmik obyekt – Teyya adlı hipotetik cisim – sadəcə Ayın yaranmasına səbəb olmayıb, həm də Yerə həyat üçün vacib olan kimyəvi komponentləri gətirmiş ola bilər.

Teyya: kosmosun uzaq kənarından gələn qonaq

İndiyədək mövcud nəzəriyyələrə görə, Teyya Yerə yaxın bölgədə – Venera və Marsın orbitləri arasında – yaranmış və tərkibi Yer və Ayla oxşar olmuşdur. Lakin Portuqaliyanın Lissabon Universitetindən Duarte Branko və onun beynəlxalq tədqiqat qrupu yeni bir model irəli sürərək bildirirlər ki, Teyya Günəş sisteminin kənar bölgəsində formalaşıb və daha sonra daxili planetlərlə – o cümlədən Yer ilə – toqquşma ehtimalı qazanıb.

Tədqiqatçılar sübut edirlər ki, bu göy cisminin tərkibi karbonlu xondritlərə – həyat üçün mühüm elementlər daşıyan meteoritlərə – bənzər ola bilər. Onların yaratdığı dinamik model göstərir ki, qaz nəhəngləri (Yupiter və Saturn) formalaşarkən bəzi karbonlu cisimlər daxili Günəş sisteminə yönəlib və Yerə qədər yol qət ediblər.

Simulyasiyalar: Teyya Yerə nə gətirib?

Modelə əsasən, Yerə çırpılan bu cisimlərin əksəriyyəti – 52% halda – ya tamamilə karbon mənşəli olub, ya da azı 6%-ə qədər belə materialı özündə daşıyıb. Qalan hissə isə Yer və Ayın strukturuna bənzər maddələrdən ibarət olub. Maraqlıdır ki, Veneraya aid nəticələr bənzər olsa da, Marsın kütləsi az və yerləşməsi daha uzaq olduğundan, belə toqquşmaların baş vermə ehtimalı xeyli aşağı – 1%-dən az – göstərilib.

Hesablamalara görə, Teyyanın kütləsi Yerin 1–5%-i qədər olub. Bu isə onun Yer üzərində əhəmiyyətli təsir gücünə malik olduğunu göstərir. Əsas fərziyyə ondan ibarətdir ki, bu toqquşma nəticəsində Yerə həyat üçün zəruri olan karbon, azot və digər kimyəvi komponentlər gətirilib.

Elmi nəticələr və daha böyük suallar

Yeni elmi iş hələlik Cornell University tərəfindən idarə olunan elmi məqalə arxivində (preprint server) təqdim olunub. Alimlər bildirirlər ki, bu model təkcə Ayın yaranmasını izah etməklə kifayətlənmir, həm də Yer kürəsinin ilkin kimyəvi tərkibini, onun Marsla müqayisədə niyə daha çox “həyata əlverişli” maddə ilə zəngin olduğunu da aydınlaşdırır.

Bu yanaşma, Günəş sisteminin erkən dövrlərinin dinamikasını daha dəqiq anlamağa, eləcə də həyatın başlanğıcı ilə bağlı nəzəriyyələri yenidən düşünməyə imkan yaradır.

S.ELAY

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:281
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 İyul 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri