Icma.az
close
up
RU
Günün qoroskopu: planları hazırlayanda detallara fikir verin

Günün qoroskopu: planları hazırlayanda detallara fikir verin

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - bilik və bacarıqlarınızı artırın. İxtisas müstəvisində irəliləyişlər üçün imkanlar var. Kommersiya, bizneslə məşğul olanlar üçün əlverişli zamandır.

Günün ikinci yarısında borc almayın, kredit götürməyin. Məsuliyyətli və önəmli anlaşmanı ertələyin. Sizi aldada bilərlər.

Yaxınlarınızla münasibətlər kiçik də olsa, sınağa məruz qalacaq. Vədlərə əməl olunmayacaq. Axşam saatlarına yaxın əhvalınız pisləşə bilər. Enerjinizi kiçik mübahisələrə sərf etməyin.

Buğa - hissləriniz işlərinizə köklü təsir etməsin. Günün ilk yarısında fikir ayrılıqları və ya münaqişə əhvalınızı korlaya bilər. Önəmli iş üçün əlverişli zaman deyil. Yaxşı tanımadığınız insanlarla ünsiyyəti məhdudlaşdırın.

Günün ikinci yarısında emosiyalar həmkarlarınızla təmaslarda problemlər yaratmamalıdır. Yolda ehtiyatlı olun.

Ailə üzvlərindən qayğıkeş, səimimi münasibət görəcəksiniz. Təşəbbüskar olun, qısamüddətli səfərə çıxın. Mühüm işə başlamaq olar.

Əkizlər - günün ilk yarısında enerji aktivliyi səviyyəniz aşağıdır. Səhhətinizdə kiçik problemlər yarana bilər. Amma buna görə nəzərdə tutulan işləri təxirə salmayın. Tənbəllik etməyin, süstlüyə qapılmayın.

Günün ikinci yarısında çətin problemin həllinə dostları və ya tərəfdaşları da cəlb etmək olar. Aramla çalışın, məqsədə doğru inadla irəliləyin.

Şəxsi münasibətlərdə sakitlik hökm sürəcək. Axşam saatlarını rutin, ənənəvi işlərə həsr edin. Aldığınız sifarişin və ya tapşırılan işin təfərrüatlarını ciddi müzakirə edin.

Xərçəng - günün ilk yarısı önəmli işlər zamanı deyil. Diqqətsizlik və ya unutqanlıq ağır fəsadlı problem yaratmasın deyən ayıq olun. İmkan varsa, zəruri informasiyanın axtarışlarına başlayın.

Aktiv olun.

Günün ikinci yarısı məhsuldarlıq vəd edən dönəmdir. Yeni ideyalar və məlumatlar peşəkar fəaliyyət müstəvisində irəliləyişə təkan verəcək.

Yaxınlarınıza vaxt ayırın. Onların işlərində iştirak edin. Münasibətlərdə müəyyən problemlər ola bilər. Sevdiyiniz insan sizi onu anlamamaqda suçlayacaq.
 

Şir - günün ilk yarısında insanların gur olduğu məkanlara yollanmayın. Mühüm hesab etdiyiniz işdə diqqətlə davranaraq bütün detallara fikir verin.

Problemlərin həllini ertələməyin.

Günün ikinci yarısı intensiv zəhmət vaxtıdır. Əzmkar olun, qətiyyətli insan təsiri bağışlayın.

Yaxınlarınıza sürəkli iradlar bildirməyin, onları incitməyin. Dedikləriniz qeyri-adekvat reaksiya yarada bilər.

Axşam saatlarını ailə qayğılarına həsr edin. Sevdiyiniz insanla laqeyd danışmayın.

Qız - bilavasitə sizinlə bağlı işlərin bir parasını ertələmək olar. Daha münasib zamanı gözləməkdən çəkinməyin. Uzunmüddətli səyahət, ağır fiziki iş və ya dəvət alınan tədbirə qatılmaq üçün münasib zaman deyil.

Günün ikinci yarısında enerji səviyyəniz yüksək olmayacaq. Səhhətinizə fikir verin. Saatlar keçdikcə konsentrasiya imkanlarınız artacaq. İntellektual fəaliyyətlə məşğul olmaq mümkündür.

Yaxınlarınız sizinlə ünsiyyətə can atır, sizdən diqqət gözləyir. Axşam saatlarını ailə üzvlərinə həsr edin.

Tərəzi - günün ilk yarısında işlərin planlaşdırılması ilə məşğul olun. Çoxdan bəri gerçəkləşdirmək istədiyiniz laiyhənin reallaşdırılması istiqamətində ilk addımları atın. Məqsədi dəqiqləşdirin və bunu unutmayın. Sərvaxt olun, ehtiyatı əldən verməyin.

Günün ikinci yarısında problemlərin sayı artacaq. Cari işlərin və rutin prosesin sizə hədəfi unutdurmasına imkan verməyin.

Sevdiyiniz insanla bağlı bir sirr faş olacaq. Sizin də pərdələmək istədiyiniz gerçək üzə çıxacaq. Naqolay vəziyyətə düşə bilərsiniz. Emosional davransanız, vəziyyət daha da ağırlaşacaq.

Əqrəb - uzunmüddətli fəaliyyət planının hazırlanmasında xeyir var. Mütəxəssisin köməyinə, dostun yardımına ehtiyacınız var. Problemin həlli üçün alternativ fikirləri də dinləyin. Sərfəli ola biləcək ideyaları qulaqardına vurmayın.

Qəti qərar verməyin.

Günün ikinci yarısında önəmli layihənin icrasına başlamazdan əvvəl bir qədər nəfəs dərin.

Yaxınlarınız ideyalarınızla razılaşmırlarsa, təkid etməyin. Onlara düşünmək üçün vaxt verin. Mümkündür ki, bu insanlar az sonra mövqelərini dəyişərək sizi dəstəkləsinlər.

Axşam saatlarını sevimli məşğuliyyətə və ya ünsiyyətə həsr edə bilərsiniz.

Oxatan - yaranmış situsiyadan asılı olaraq planlara dəyişikliklər zərurəti yaranacaq. Narahat olmayın, köklü yeniliklərə ehtiyac duyulmur. Sadəcə, bəzi detalları dəyişmək gərəkdir.

Fəal olun, passivliyə qapılmayın. Yerinizdə saymayın.

Günün ikinci yarısında elə bir vəziyyət yarana bilər ki, təcili qərar qəbul etməli olacaqsınız. Sonuc isə yalnız sizdən asılı deyil.

Axşam saatlarına yaxın qarışıq vəziyyət yaranacaq. Diqqətsizlik işlərdə problem yaradacaq. Gecikmə və ya kiçik səhvlərə görə yaxınlarınızla aqressiv olmayın.

Sakit, soyuqqanlı davranmağa çalışın.

Oğlaq - səhv riski çox böyükdür. Əsas işlə məşğul olaraq ikinci dərəcəli məsələlərə diqqətinizi yayındırmayın. Əks təqdirdə bütün günü xoşagəlməz səhvlərlə yanlışlıqların fəsadlarının aradan qaldırılmasına həsr edəcəksiniz.

Günün ikinci yarısında yardım alacaqsınız. Etibar etdiyiniz adamın dəstəyi ilə işləri qaydaya salaraq onları tamamlaya bilərsiniz.

Ağır fiziki işlə məşğul olmayın. Təkbaşına çalışın, müstəqil fəaliyyət göstərin.

Axşam saatlarında normal istirahət edin.

Dolça - planları hazırlayanda detallara fikir verin. Ən xırda məqamlar belə, diqqətinizdən yayınmamalıdır. Uğur bilavasitə sayıqlığınızdan asılıdır.

Müqavilə və anlaşmaların imzalanması, sazişin müzakirəsi, sifariş qəbulu zamanı sayıq olun. İncə məqamlara fikir verin.

Günün ikinci yarısında yaxınlarınızla münasibətlərinizdə fikir ayrılıqları yarana bilər. Mövqeyinizi var gücünüzlə müdafiə etməyə çalışmayın. Mümkündür ki, dəyər verdiyiniz insan sizi anlamır, təklifinizin perspektivlərini dəyərləndirmir.

Balıqlar - günün ilk yarısı genişmiqyaslı layihəyə başlamaq, köhnə problemin sürətli həllinə start vermək üçün münasib deyil. Rutin, ənənəvi işlərlə məşğul olun.

Tərəfdaşlarla sərfəli danışıqlar apara bilərsiniz.

Günün ikinci yarısında mümkün əməkdaşlıqla bağlı təklif alacaqsınız. Nüfuzlu şəxs sizi dəstəkləyəcək.

Axşam saatlarını dəyər verdiyiniz insanlarla keçirin. Emosionalsınız və bu səbəbdən də romantik görüşü ertələyin.
 

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 24 Noyabr 2024 00:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see226

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see210

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see205

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see172

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see159

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see155

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see145

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see138

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see138

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see137

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see133

Rusiya Hindistana əlavə S 400 satır Danışıqlar yekunlaşır

03 Sentyabr 2025 00:13see132

Qazaxıstanda aviasiya təhlükəsizliyi üzrə ICAO auditi aparılır

03 Sentyabr 2025 02:43see131

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see128

Yaponiyada 80 yaşlı qadın özünü astronavt kimi təqdim edən fırıldaqçının qurbanı olub

03 Sentyabr 2025 06:33see127

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see126

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see126

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see126

Lazer faraların istehsaldan çıxarılmasının SƏBƏBİ

02 Sentyabr 2025 21:00see124

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri