Icma.az
close
up
RU
Günün Səsi

Günün Səsi

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

“Dünən xalqımız böyük hüznlə Xocalı qurbanlarını yad etdi. Ermənistan prezidentləri olmuş Köçəryan və Sərkisyanın rəhbərliyi ilə 34 il öncə erməni faşistləri Rusiyanın 366-cı alayının köməkliyi ilə Xocalının dinc sakinlərinə uşaq, qadın, qoca bilmədən dəhşətli divan tutublar. Bu faciənin “Xocalıya ədalət” çağırışı ilə beynəlxalq ictimaiyyətə çatdırılmasında müstəsna rol oynamış Heydər Əliyev Fondunun və xüsusilə Leyla Əliyevanın xidmətlərini də qeyd etmək istəyirəm.
Xocalı işğaldan azad olsa da, həmin cinayəti törətmiş canilər son nəfərinə qədər cəzalandırılmayınca, soyqırımı qurbanlarının ruhu rahat ola bilməz”.

Gununsesi.info xəbər verir ki, bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili əlavə edib ki, İsrail alman faşistlərini müharibədən sonra ya tutub İsarilə gətirib ədalət mühakiməsi qarşısına çıxarır, ya da bu mümkün olmadıqda aşkar etdikləri yerdə cəzalandırırdı:

“Azərbaycanın müvafiq dövlət orqanları Xocalıda azyaşlı qız uşaqlarını soyundurub təhqir etmiş və öldürmüş faşistlərin cəzalandırılması üçün eyni addımları atmalıdır. Bu gün həmin qatillər Ermənistanda hakimiyyətə qayıtmaq istəyirlər. Ermənistanda sülh tərəfdarları açıq formada bəyan edirlər ki, qarşıdan gələn 7 iyun seçkiləri müharibə ilə sülh arasında seçim olacaq. İraqın keçmiş Baş naziri əl-Maliki yanvarın sonunda hakimiyyətə qayıtmaq istəyəndə Tramp açıq bəyan etdi ki, bunun İraq üçün ağır nəticələri olacaq və bu, ABŞ-İraq münasibətlərinə ciddi təsir edəcək. İndi zamanı çatıb ki, Azərbaycan Ermənistan xalqına açıq müraciət etsin ki, Xocalı qatillərinin yenidən hakimiyyətə gətirilməsinin Ermənistan üçün ağır nəticələri olacaq. Revanşistlərin Ermənistanda hakimiyyətə gələcəkləri halda törədəcəkləri təxribatlardan müdafiə olunmaq məqsədilə, biz sərhəd bölgəsində bütün qoşun növlərinin iştirakı ilə geniş miqyaslı hərbi təlimlərə başlamalıyıq. Azərbaycan eyni zamanda Ermənistandan Xocalı qətliamını törətmiş şəxslərin cəzalandırılmasını tələb etməlidir.
Bununla yanaşı Azərbyacan iqtidarını Ermənistanda 7 iyun seçkilərinə qədər sülh prosesini aparan, hazırda çətin günlərini yaşayan Paşinyanla sülh sazişi imzalamağa çağırıram. Bu, ona və sülh prosesinə dəstək olardı. Həm də Ermənistanla kommunikasiya xətləri açılandan, iqtisadi və humanitar əlaqələr qurulandan, Türkiyənin Ermənistanla hərtərəfli əməkdaşlığa başlamasından sonra sülh sazişinin gecikdirilməsi Ermənistan üçün heç bir diskomfort yaratmır, bizə heç nə vermir. Heç bir Konstitusiya sülhü təmin edə bilməz. Biz eyni zamanda mağara təfəkkürlü, xarici dövlətlərin terror təşkilatı kimi istifadə etdiyi, öz xalqını ən adi hüquqlardan məhrum etmiş Talibana qarşı mübarizəyə başlamış qardaş Pakistana öz dəstəyimizi ifadə etməliyik”.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBu mövzuda digər xəbərlər:
Günün Səsi
22 Mart 2025 14:27
seeBaxış sayı:179
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 27 Fevral 2026 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri