Gürcüstan 100 dən çox erməni maşınını sərhəddən buraxmır İrəvan izahat tələb edir
Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ermənistanın iqtisadiyyat naziri Gevorg Papoyan bildirib ki, İrəvan Gürcüstandan 100-dən çox erməni yük maşınının saxlanılması ilə bağlı rəsmi izahat gözləyir.
Bizim.Media xəbər verir ki, söhbət əsasən tikinti materialları daşıyan TIR-lərin Gürcüstan ərazisində, “Yuxarı Lars” sərhəd-keçid məntəqəsinin yaxınlığında yerləşən Kobi terminalında (TIR parkında) saxlanılmasından gedir.
Sürücülərin sözlərinə görə, sənədlərlə bağlı heç bir problem yoxdur, lakin gecikmənin səbəbi barədə Gürcüstan tərəfindən açıqlama verilməyib.
Papoyan qeyd edib ki, məsələ Gürcüstanın iqtisadiyyat naziri Mariam Kvrivişvili ilə müzakirə olunub. Gürcü tərəf isə bunun maliyyə polisinin səlahiyyətinə aid olduğunu bildirib.
Gürcüstanın məlumatına görə, hüquq-mühafizə orqanları “müəyyən risklər” aşkar edib.
“Mən xahiş etdim ki, söhbətin konkret hansı risklərdən getdiyi dəqiqləşdirilsin ki, ixracatçılarımız hansı malların daşınmasının mümkün olduğunu başa düşsünlər”, — deyə Papoyan bildirib.
Hələlik konkret qanun pozuntuları açıqlanmayıb və yük maşınlarının bir hissəsi Gürcüstan ərazisində qalır. Nazır məsələnin siyasi tərəfi barədə şərh verməyib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 26 Fevral 2026 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















