Gürcüstan ABŞ ilə münasibətlərin dinamikasından razıdır
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
“Biz Gürcüstan-ABŞ münasibətlərinin dinamikasından məmnunuq”.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.
Onun sözlərinə görə, Gürcüstan tərəfi hər bir yüksək səviyyəli görüşdə münasibətlərə “təmiz səhifədən” başlamağa hazırlığını bir daha təsdiqləyir.
“Təəssüflər olsun ki, ABŞ-ın əvvəlki administrasiyası Gürcüstanla münasibətlərə xələl gətirib. Vəziyyəti qaydaya salmaq və münasibətləri yenidən qurmağa başlamaq vacibdir”, - deyə spiker əlavə edib.
Qeyd edək ki, Gürcüstan Baş naziri İrakli Kobaxidze sentyabrın 22-də Nyu-Yorkda ABŞ Prezidenti Donald Trampın təşkil etdiyi rəsmi qəbulda olub. Hökumət başçısı bildirib ki, ABŞ lideri ilə qısa söhbət zamanı Gürcüstan tərəfinin ABŞ ilə strateji tərəfdaşlığın bərpası ilə bağlı istəyini diqqətə çatdırıb.
Xatırladaq ki, ABŞ Tbilisinin Avropa İttifaqı ilə danışıqları dayandırması fonunda Gürcüstanla strateji tərəfdaşlığı 2024-cü ilin noyabrında dayandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 02 Oktyabr 2026 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















