Gürcüstan azərbaycanlıları Xameneiyə görə Ramazan bayramını təxirə saldılar
Icma.az, Modern.az saytına istinadən bildirir.
Gürcüstanın borçalı bölgəsindəki Marneuli rayonunda bu il Ramazan bayramı münasibətilə ənənəvi şənlik mərasimləri təxirə salınıb.
Modern.az xəbər verir ki, bu barədə Marneulinin azərbaycanlı din xadimi - imamcümə Seyid Mirismayıl Əsədov bildirib.
“Ayətullah Seyid Əli Xameneinin şəhadəti və Bütün Gürcüstanın Katalikos-Patriarxı II İliyanın vəfatı biz müsəlmanları dərindən kədərləndirdi. Belə bir şəraitdə Marneulidə ənənəvi Ramazan bayramı şənliyinin bu il təşkil olunmayacağını bildirmək istəyirəm. Hər iki dini liderə Allahdan rəhmət diləyirəm”,- deyə Mirismayıl Əsədov qeyd edib.
Xatırladaq ki, İsrail-ABŞ kolisiyasının fevralın 28-də İrana hücumu nəticəsində bu ölkənin Ali Lideri Seyyid Əli Xamenei öldürülüb. Bütün Gürcüstanın Katalikos-Patriarxı II İliya isə martın 17-də vəfat edib.
Baxış sayı:133
Bu xəbər 21 Mart 2026 11:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















