Gürcüstan hökuməti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş Konfransında bəyanatla çıxış edib
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Tbilisi, 18 sentyabr, AZƏRTAC
Vyanada Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 69-cu Baş Konfransında Gürcüstan hökuməti bəyanatla çıxış edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, konfrans çərçivəsində Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia ölkəsi adından bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, Gürcüstan nüvə texnologiyalarının təhlükəsiz və dinc məqsədlərlə istifadəsinin təşviqində Agentliyin missiyasını və fəaliyyətini qətiyyətlə dəstəkləyir.
“Nazir müavini Qara dəniz regionunda nüvə təhlükəsizliyinin vacibliyini vurğulayıb və qeyd edib ki, regionun sabitliyi beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Nazir müavini bildirib ki, Gürcüstan Agentliyin mandatına sadiqdir, həmçinin sülhün və təhlükəsizliyin təşviqi üçün bütün üzv dövlətlərlə əməkdaşlığa hazırdır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 18 Sentyabr 2025 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















