Icma.az
close
up
RU
Gürcüstan mətbuatı Prezident İlham Əliyevin dövlət səfərini geniş işıqlandırıb

Gürcüstan mətbuatı Prezident İlham Əliyevin dövlət səfərini geniş işıqlandırıb

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Gürcüstanın aparıcı televiziyaları və informasiya portalları Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, yerli mətbuat ali qonağın şərəfinə Tbilisinin mərkəzi küçə və prospektlərində Azərbaycanın Dövlət bayrağının asıldığını xüsusi qeyd edib.

"1tv.ge" yazır ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu səfəri iki qardaş ölkə arasındakı əlaqələrə yeni təkan verəcək. "Bu gün müzakirə edilən məsələlər bir daha onu göstərir ki, Gürcüstan və Azərbaycan hər zaman olduğu kimi bir yerdədir", - deyə sayt yazıb.

Eyni zamanda, dövlətimizin başçısının çıxışına istinadla yayılan silsilə materiallarda iqtisadi sahədə əhəmiyyətli nailiyyətlərin əldə olunmasına da xüsusi yer ayrılıb. Prezident İlham Əliyevin mətbuata bəyanatında yer alan fikirlərinə diqqət çəkilərək qeyd olunub ki, ilin sonunadək iki ölkə arasında ticarət dövriyyəsinin həcmi bir milyardı ötə bilər.

"Rustavi2.ge" portalında bu günə qədər Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3.7 milyard dollar sərmayə qoyulduğu xüsusi vurğulanıb.

Gürcüstan və Azərbaycan arasındakı ikitərəfli münasibətlərin qarşılıqlı hörmət və etimada əsaslandığını qeyd edən "Imedinews.ge" saytı bunu bütün qonşu dövlətlər üçün nümunə göstərib.

"Info9.ge" portalı isə yazır ki, Azərbaycan enerji təhlükəsizliyi baxımından Gürcüstan üçün etibarlı tərəfdaşdır.

"Interpressnews.ge" portalı Prezident İlham Əliyevə istinadla qeyd edib ki, Gürcüstan dinamik şəkildə inkişaf edir, iqtisadi artımı göz qabağındadır, ölkədə çox əlverişli investisiya mühiti yaradılıb.

"Primitime.ge" yazır ki, Azərbaycan Prezidentinin çıxışında iki ölkə arasında münasibətlərin daha dinamik şəkildə inkişafından məmnunluq ifadə olunub. Bildirilir ki, Azərbaycan və Gürcüstan bütün beynəlxalq təşkilatlarda bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərin toxunulmazlığını dəstəkləyir. Bu, hər zaman belə olub və gələcəkdə də belə olacaq.

"Ipress.ge" saytı da Prezident İlham Əliyevin fikirlərinə yer verib: "Azərbaycan nefti, qazı Gürcüstan vasitəsilə dünya bazarlarına çıxarılır, həm də Xəzərin şərq sahillərindən neft resursları Azərbaycan, Gürcüstan üzərindən keçirilir. Artıq 20 ildir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri uğurla fəaliyyət göstərir. Cənub Qaz Dəhlizi də ondan sonra icra edilmişdir və bu gün bu infrastruktur, əslində, böyük coğrafiya üçün mühüm əhəmiyyət daşıyır. Biz sonra bu dəhlizlər üzərindən nəqliyyat dəhlizlərini də inşa etdik və bu gün nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır. Orta Dəhliz Azərbaycan və Gürcüstan üzərindən keçir. Bu bizim üçün əsas nəqliyyat damarıdır və bunu genişləndirmək üçün əlavə səylər də göstərilir və göstəriləcəkdir".

Bundan başqa, tvpirveli.ge, kvirispalitra.ge, formulanews.ge, netgazeti.ge, cbw.ge, georgiatoday.ge, bpn.ge, commersant.ge, ipress.ge, primetime.ge, 2020news.ge, tabula.ge, geotimes.com.ge, bm.ge, aktual.ge, 24news.ge, palitranews.ge, apsny.ge saytlarında və digər media orqanlarında da Azərbaycan Prezidentinin səfəri geniş işıqlandırılıb.

Materiallarda Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın hava limanında qarşılanma mərasimi, eləcə də, dövlətimizin başçısının Gürcüstan prezidentinin iqamətgahında rəsmi qarşılanma mərasimi, Prezident Mixeil Kavelaşvili ilə görüşü barədə məlumatlar əksini tapıb.

Gürcüstan mətbuatının ən çox diqqət yetirdiyi məqam isə Prezident İlham Əliyevlə Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında görüşdən sonra dövlətimizin başçısının mətbuata bəyanatında səsləndirdiyi fikirlər olub

Dövlətimizin başçısının Cənubi Qafqazda sülh və təhlükəsizlik barədə fikirləri də geniş işıqlandırılıb: "Bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və Cənubi Qafqazda yerləşən ölkələr bu imkanları əldən verməməlidir. Çünki bu gün sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir. Cənubi Qafqazda da vaxtilə buna oxşar mənzərə mövcud idi. Amma bu gün Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik, əməkdaşlıq məkanına çevrilir və mən burada Gürcüstanın rolunu da xüsusilə qeyd etmək istərdim" - deyə, Prezident İlham Əliyevə istinadla bildirilir.

Qeyd edək ki, ümumilikdə qonşu ölkənin 50-dən çox portal və televiziyasında 90-a yaxın material yayımlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 Aprel 2026 20:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri