Icma.az
close
up
RU
Gürcüstan nümunəsi: Azərbaycan futbolçuları 6:0 uduzur, gürcü gəncləri yenə tarix yazır

Gürcüstan nümunəsi: Azərbaycan futbolçuları 6:0 uduzur, gürcü gəncləri yenə tarix yazır

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Futbol üzrə Azərbaycan milli komandası İsveç səfərində tarixinin ən böyük məğlubiyyətini almağa çox yaxın idi. İsveçlilər Rza Cəfərovun qoruduğu qapı qarşısında azı 20 qol vəziyyəti yaratdılar. Qapıçı bir penalti dəf etməyi bacardı. Üstəlik, meydan sahiblərinin bir qolu qeydə alınmadı. Bir sözlə, 0:6 hesablı rüsvayçı məğlubiyyətə də şükür etməliyik. Çünki daha böyük rüsvayçılıq baş verə bilərdi.

Bizimyol.info xəbər verir ki, Azərbaycanın bütün kateqoriyalardakı milli komandaları uğursuz çıxış edir. Noyabrın 19-da əsas komandadan başqa 19 yaşına qədər futbolçulardan ibarət yığma kollektiv də etimadı doğrultmayıb. Kişinyov səfərində 97-ci dəqiqədə Moldova üzərində qələbə əldən verilib. Bununla da bizim komanda yer aldığı qrupda sonuncu yeri tutub.

Son illər Gürcüstan futbolunda ciddi irəliləyiş nəzərə çarpır. Bu ölkə futbolu bizim AFFA üçün yeni nümunələr yaratmağa davam edir. Yayda Gürcüstanın əsas milli komandası Avropa Çempionatının final mərhələsində çıxış etmişdi. Gürcülər hətta qrup mərhələsini aşmağı da bacarmışdılar. Uğur dalğasını gənclərdən ibarət milli komandaları da davam etdirir. Gürcü gənclər noyabrın 19-da səfərdə Xorvatiyanı penaltilər seriyasında məğlub etməklə qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanıblar. Bu, gürcü gənclərin ilk uğuru deyil. 2023-cü ildə də Avropa Çempionatının final mərhələsində bizim qonşular vardı. Onda Gürcüstanın U-21 komandası qrup mərhələsini geridə qoymağı bacarmışdı. Gürcülər yalnız ¼ final mərhələsində İsrailə penaltilər seriyasında uduzmuşdular.

Gürcüstan yeniyetmələri də uğurları sıralayır. U-19 komandası ilk qrup mərhələsində yaxşı çıxış edib. İndi komandanı elit raund gözləyir.

Bilmirik, dərdimizi kimə deyək. Bu qədər pullar havaya sovrulur. Əsas milli komandaya Portuqaliyadan baş məşqçi gətirilib. Amma tarixin ən pis nəticələrindən biri qeydə alınıb. Milli komandamız bundan sonra Millətlər Liqasının D divizionunda mübarizə aparacaq. Yəni Andorra, Lixtenşteyn, Cəbəlüttariq ilə baş-başa qaldıq. C liqasında isə bizi San-Marino əvəz etdi. Rüsvayçılığın bu qədəri! Cəmi 33 min əhalisi olan, bir az böyük qəsəbəni xatırladan ölkə yerini bizə verdi. Futbol funksionerlərinin xəcalət çəkdiyinə ümid etməkdən başqa təsəllimiz yoxdur.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 Noyabr 2024 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri