Gürcüstan və Ermənistan müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə edib
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gürcüstanın müdafiə naziri İrakli Çikovaninin İrəvanda erməni həmkarı Suren Papikyanla keçirdiyi görüşdə regional təhlükəsizlik məsələləri müzakirə olunub.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.
İ.Çikovani Gürcüstan tərəfinin regional əməkdaşlığın inkişafına töhfə verməyə hazırlığını təsdiqləyib. O, Azərbaycanla Ermənistan arasında Vaşinqtonda imzalanmış birgə bəyannamənin tarixi əhəmiyyətini vurğulayıb və bildirib ki, saziş Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verəcək.
Qeyd edək ki, İ.Çikovani Ermənistanda rəsmi səfərdədir. O, səfər çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla da görüşəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 21 Oktyabr 2025 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















