Icma.az
close
up
RU
Gürcüstanda Azərbaycan mahnısı “Küsüb getdi” münsifləri heyran etdi VİDEO

Gürcüstanda Azərbaycan mahnısı “Küsüb getdi” münsifləri heyran etdi VİDEO

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fevralın 25-də Gürcüstanın “Rustavi 2” telekanalında yayımlanan reytinqli “Qvaçvene şeni xma” (“Səsini göstər”) proqramında Azərbaycan mahnısından bir parça ifa olunub.

News24.az Teleqraf-a istinadla xəbər verir ki, Azərbaycanın Xalq artisti Sara Qədimovanın repertuarından olan “Küsüb getdi” mahnısını Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktor müavini Leyla Əliyeva təqdim edib.

Proqramın ən parlaq iştirakçısı olmuş soydaşımızın obrazı, ifa tərzi və səsi böyük rəğbətlə və alqışlarla qarşılanıb. Münsiflər heyətinin üzvləri olan tanınmış gürcü müğənnilər “Küsüb getdi” mahnısının ifasına “bravo” və “nə gözəl” sədaları ilə rəğbətlərini ifadə ediblər.

Soydaşımızın çıxışı Gürcüstanın azərbaycanlı icmasında da böyük maraq və sevinc hissi yaradıb.

L.Əliyeva “Teleqraf”ı yerli bürosuna açıqlamasında bildirib ki, proqramda iştirakına böyük məsuliyyətlə yanaşıb. O, niyə məhz “Küsüb getdi” mahnısını ifa edib.

“Gürcüstanda Azərbaycanın məşhur mahnılarını yaxşı tanıyırlar. Çalışdım ki, gürcü tamaşaçılarına başqa janrda olan mahnımızı təqdim edim. “Küsüb getdi” mahnısı həm də ən çox sevdiyim əsərlərdən biridir. Mən müğənni deyiləm, məqsədim azərbaycanlı olaraq zəngin musiqimizi, mədəni dəyərlərimizi geniş auditoriyaya tanıtmaq olub. Mahnı o qədər həzin və melodikdir ki, onun böyük hərarətlə qarşılanmasına təəccüblənmədim”.

Soydaşımız proqramda çıxışı üçün tikdirdiyi libasdan da söz açıb:

“Milli ornamentlərin yer aldığı paltarım üç gün ərzində tikildi. Peşəkar dərzi-dizayner Lamiyə Qəribovaya təşəkkürümü bildirirəm. O, libasın hazırlanmasına xüsusi həsasslıqla yanaşdı. Parçanın, modelin və naxışların seçilməsində yaxından iştirak etdim. Çıxışım zamanı hər xırda detala xüsusi fikir vermişdim. Hətta Azərbaycan bayrağının rənglərində olan muncuqlardan hazırlanmış qolbağım diqqətli tamaşaçıların nəzərindən yayınmayıb”.

Qeyd edək ki, “Səsini göstər” proqramının hər buraxılışında 6 sirli iştirakçı olur. Onlardan bəziləri vokal göstəricilərinə sahib olur, bəziləri isə ifaçılıq qabiliyyətinə malik olmur. Münsiflər heyətinin əsas vəzifəsi ifaçılıq qabiliyyətinə malik olan iştirakçıları müəyyən etməkdən ibarətdir. Münsiflər Leyla Əliyevanın fonoqramla gürcü mahnısı ifa etməsindən sonra onun vokal göstəricilərinin olmadığını bildiriblər. Bu səbəbdən soydaşımız növbəti mərhələyə keçməyib. O, “Küsüb getdi” mahnısını ifa etdikdən sonra isə münsiflər heyətinin üzvləri çox təəccübləniblər və yanıldıqlarına təəssüfləniblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://news24.az
archiveBu xəbər 27 Fevral 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri