Icma.az
close
up
RU
Gürcüstanda bəzi region kanalları dövlət dəstəyi ilə müxtəlif platformalarda yayımlanır Elvin Abbasov

Gürcüstanda bəzi region kanalları dövlət dəstəyi ilə müxtəlif platformalarda yayımlanır Elvin Abbasov

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Regional TV-lər peykə buraxılmır. Səbəb yüksək maliyyə vəsaitinin tələb olunması göstərilir. Bizim özümüzün 2 peykimiz olsa da, hələ də regional TV və internet TV kanallarımız peyk vasitəsilə yayımlanmır.

Məsələ ilə bağlı Gununsesi.info-ya açıqlamasında Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə heyətinin sədri, İKT mütəxəssisi Elvin Abbasov bildirib ki, bəzi yerli və regional TV-lərin bu platformada yayımlanmaması məsələsi zaman-zaman gündəmə gəlir:

“Azərbaycanda peyk yayım imkanlarının olması milli informasiya təhlükəsizliyi və medianın müstəqilliyi baxımından mühüm əhəmiyyət daşıyır. Azerspace peykimizin mövcudluğu ölkə daxilində televiziya kanallarının daha geniş və stabil şəkildə yayımını təmin etmək üçün nəzərdə tutulub. Lakin bəzi yerli və regional TV-lərin bu platformada yayımlanmaması məsələsi zaman-zaman gündəmə gəlir.
Burada əsas məqam ondan ibarətdir ki, mövcud imkanların istifadəsi üçün həm texniki, həm də maliyyə baxımından çevik və dəstəkləyici mexanizmlərin mövcudluğu önəmlidir. Hər bir kanalın yayım ehtiyacı, auditoriyası və resursları fərqli olduğuna görə, platformaya inteqrasiya prosesində fərqli yanaşmalar tələb oluna bilər. Bu baxımdan, gələcəkdə regional kanalların peyk yayımına çıxış imkanlarının genişləndirilməsi istiqamətində müxtəlif alternativ modellərin tətbiqi faydalı ola bilər”.

Ekspert vurğulayıb ki, bu sahədə dövlət, özəl sektor və texniki provayderlər arasında əməkdaşlıq müsbət nəticələr verir:

“Qonşu ölkələrin təcrübəsi göstərir ki, bu sahədə dövlət, özəl sektor və texniki provayderlər arasında əməkdaşlıq müsbət nəticələr verir. Gürcüstanda bəzi region kanalları dövlət dəstəyi ilə müxtəlif platformalarda yayımlanır və bu, informasiya əlçatanlığını artırır. Azərbaycanda da belə bir modelin formalaşması milli media sistemimizin daha da güclənməsinə töhfə verə bilər”.

Günel Həsənova

Gununses.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:37
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 30 İyul 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see359

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see251

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see219

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see199

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see167

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see165

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see160

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see160

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see158

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see156

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see155

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see151

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see150

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see145

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see142

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see142

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see141

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see141

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri