Icma.az
close
up
RU
Gürcüstanda BOMBA İDDİA: Putin Tiflislə gizli razılaşma hazırlayır?

Gürcüstanda BOMBA İDDİA: Putin Tiflislə gizli razılaşma hazırlayır?

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Gürcüstan ətrafında yeni və ciddi siyasi iddialar gündəmə gəlib. Ölkənin sabiq prezidenti Mixail Saakaşvili Tiflisin Moskva ilə münasibətlərində yeni mərhələyə keçməyə hazırlaşdığını, hətta Rusiya ilə bir sıra siyasi sənədlərin imzalanmasının planlaşdırıldığını iddia edir. Onun sözlərinə görə, Abxaziya və Sxinvali bölgələrinə yanacaq tədarükünün artırılması da daha böyük prosesin hazırlıq mərhələsi ola bilər.

Musavat.com xəbər verir ki, Saakaşvili Rusiyanın Gürcüstan hakimiyyətinə iki növ müqavilə layihəsi təqdim etdiyini bildirib.

İddialara əsasən, sənədlərdən biri Moskva ilə Tiflis arasında diplomatik münasibətlərin bərpasını və tərəflərin üçüncü qüvvəyə qarşı bir-birinə sərt mövqe tutmamasını nəzərdə tutur. Digər sənədlərin isə Abxaziya və Sxinvali bölgələrindəki separatçı rejimlərlə münasibətlərə aid olduğu və onların ayrıca subyekt kimi tanınmasını, eləcə də qarşılıqlı hücum etməmək öhdəliyini ehtiva etdiyi iddia olunur. Saakaşvili prosesin Rusiya tərəfindən Kreml rəhbərliyinə yaxın yüksək vəzifəli şəxs Sergey Kiriyenko vasitəsilə koordinasiya edildiyini, Gürcüstanın Xarici İşlər Nazirliyinin isə danışıqlardan kənarda saxlanıldığını irəli sürür. Sabiq prezidentə görə, Moskva ilə mümkün razılaşmanın hazırlanması üçün Gürcüstan cəmiyyətində də ideoloji zəmin formalaşdırılır və hakim “Gürcü Arzusu” ətrafında olan qüvvələr Rusiyaya yaxınlaşmanı əsaslandırmağa çalışırlar. Saakaşvili hesab edir ki, hazırkı vəziyyət Moskvanın maraqları baxımından əlverişli məqam yaradıb. Bir sözlə müxalifətin zəiflədilməsi, fəal siyasi şəxslərin həbsdə olması və Qərbin digər qlobal böhranlarla məşğul olması Gürcüstan hakimiyyətinin daha rahat manevr etməsinə imkan verir. O, Baş nazir İrakli Kobaxidzenin yaxın həftələrdə Moskva ilə bağlı mühüm sənədlərin imzalanması üçün Rusiyaya səfər edə biləcəyini də iddia edib. Lakin bütün bu məlumatların Saakaşvilinin açıqlamalarına əsaslanan iddialar olduğunu, onların müstəqil şəkildə təsdiqlənmədiyini də nəzərə almaq lazımdır.

Gürcüstan həqiqətən Rusiya ilə münasibətlərdə yeni və daha dərin siyasi mərhələyə hazırlaşır? Abxaziya və Sxinvali bölgələrinə yanacaq tədarükünün artırılması hansı prosesin göstəricisi ola bilər? Separatçı bölgələrin statusu ilə bağlı hər hansı sənədin imzalanması Gürcüstanın ərazi bütövlüyü məsələsinə necə təsir göstərə bilər? Əgər Saakaşvilinin iddiaları təsdiqlənərsə, bu, Gürcüstanın Qərblə münasibətlərində və regionun geosiyasi balansında hansı nəticələrə səbəb olacaq?

Politoloq Əli Orucov Musavat.com-a bildirdi ki, bu iddialar digər mənbələr tərəfindən doğrulanmır və bunlar real səslənmir: “2008-ci ildə Rusiyanın Gürcüstana işğalçı müharibəsi nəticəsində Gürcüstanın BMT tərəfindən tanınan ərazilərinə qəsd edilib. Keçmiş Abxaziya və Cənubi Osetiya qoparılaraq Moskvanın nəzarətinə keçib. Həmin vaxtdan da Moskva-Tiflis arasında diplomatik münasibətlər kəsilib. Doğrudur hazırkı iqtidar Rusiya ilə münasibətlərində yumşalmaya meyllidir və yürüdülən siyasi xətddə də bu çalarlar aydın şəkildə görünür. "Gürcü Arzusu" hakimiyyətini əldə saxlamaq üçün müxalifəti sıxışdıraraq tam zərərsizləşdirməyə çalışır. Paralel olaraq da Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmur, ticari, iqtisadi və humanitar əlaqələrini gücləndirir. Son dövrlər Gürcüstan-Rusiya arasında ticari iqtisadi sahədə böyük sıçrayışlar baş verməkdədir. Faktiki olaraq Qərblə Gürcüstan iqtidarı ilə bağlı ixtilafların və fikir ayrılıqlarının fonunda Kremlin maraqlarına uyğun mühit formalaşsa da, Tiflisin siyasi normallaşmaya getməsi daxildə də ciddi problemlər, qarşıdurmalar yarada bilər. Baxmayaraq ki, Gürcüstanın Rusiyadan iqtisadi ticari və enerji sahələrində həyatı asılılığı var. Göründüyü kimi Kreml də Tiflisə müəyyən mesajlar ötürsə də, diplomatik əlaqələrin bərpasını şərt olaraq və prinsipial şəkildə tələb etmir. Çünki indi status -kvo Moskvaya da sərf edir. Həm də ona görə ki, sanksiyalar altında olan Rusiya bu sanksiyalardan yan keçmək üçün Gürcüstandan fəal şəkildə istifadə edir. Hakim "Gürcü Arzusu" partiyası Rusiyalı, gürcü əsilli iş adamı İvanişvilinin inhisarındadır və siyasi kursu da o müəyyənləşdirir. Tiflis düşünür ki, indiki dönəmdə Rusiya ilə yumşaq davranmaq gələcəkdə ərazi bötüvlüyü probleminin həllində köməklik olar. Ancaq bu absurdur, Rusiya tərəfi də geridönüş olunmayacağını bəyan edib. Gürcüstan son 4 ildə Qərbin yanında deyil, qarşısında yan aldığı zənn edilir. Xüsusən də son parlament və bələdiyyə seçkilərində Qərb-Gürcüstan xətti ciddi şəkildə zədələndi. Tətbiq edilən bir çox güzəştlər ləğv edildi. Gürcüstan üzərində rəqabət aparan güclər nə Tiflisə daha artıq təzyiq göstərmək istəyirlər, nə də onu bir-birlərinə "hədiyyə" verməyi arzulayırlar. Lakin Gürcüstan üçün də qeyri müəyyənlik xarici siyasətində və milli maraqlarının qorunmasında çətinliklər yaradır. 44 günlük müharibədə qazanılan qələbəyədək Gürcüstan Qərb üçün də tranzit ölkə olaraq böyük əhəmiyyət daşıyırdı. Ermənistan-Azərbaycan və Türkiyə-Ermənistan arasında normallaşma prosesi Gürcüstanın rolunu və mövqeyini zəiflətdi. Ona görə də Tiflisin hansı güclərin yanında yer alması əvvəlkidək daha çox aktuallıq kəsb etmir. Lakin bununla belə Cənubi Qafqazda qüvvələr balansının dəyişməsi ümumi region üçün fərqi aydın şəkildə ortaya qoyur”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 17 Avqust 2026 20:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see517

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see446

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see407

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see285

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see283

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see281

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see275

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see272

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see268

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see259

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see249

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see242

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see237

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see227

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see217

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see210

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see208

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see204

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see200

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri