Gürcüstanda dövlət bayraqları yarıya endirilib
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Gürcüstanda 2008-ci il Rusiya-Gürcüstan müharibəsinin 18-ci ildönümü ilə əlaqədar həlak olanların xatirəsi yad edilir.
"Report"un yerli bürosu xəbər verir ki, həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq Gürcüstan Hökumətinin Administrasiya binasının üzərində dövlət bayrağı yarıya endirilib.
Gürcüstan hökumətinin yaydığı məlumata görə, Baş nazir İrakli Kobaxidzenin imzaladığı qərara əsasən, ölkənin bütün ərazisində inzibati binalar üzərində dövlət bayraqları yarıya endirilib.
Qeyd edək ki, bu gün 2008-ci il Rusiya-Gürcüstan müharibəsinin başlamasından 18 il ötür.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:77
Bu xəbər 08 Avqust 2026 10:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















