Icma.az
close
up
RU
Deputat Şuşa həbsxanasının bərpasına ETİRAZ ETDİ

Deputat Şuşa həbsxanasının bərpasına ETİRAZ ETDİ

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Azərbaycanda penitensiar sistemin optimallaşdırılması, cəzaçəkmə müəssisələrinin müasir standartlara uyğunlaşdırılması aktual məsələlərdən biridir. Bu baxımdan, Qarabağ bölgəsində belə müəssisənin olmaması diqqəti həm də tarixi Şuşa həbsxanasına yönəldir. XIX əsrin ortalarında inşa edilən bu tikili Şuşanın işğalı dövründə erməni silahlı birləşmələri tərəfindən müxtəlif məqsədlər üçün istifadə olunub.
Bəzi hüquq müdafiəçiləri Qarabağın digər bölgələrində cəzaçəkmə müəssisəsinin olmadaığını əsas gətirərək Şuşa həbsxanasının yenidən bərpa oluna biləcəyini mümkün sayırlar.
Qarabağ bölgəsinin deputatlarından olan Elman Məmmədov sözügedən mövzuya dair fikirlərini Modern.az-la bölüşüb. O, Şuşa həbsxanasının yenidən bərpa olunmasının əleyhinə çıxıb.
"Çar Rusiyası dövründən qalan o həbsxana hər zaman xoş olmayan xatirələrin nişanı kimi xatırlanır. Yəni oradan tarixi abidə kimi istifadə olunmamalıdır.

Şuşanı biz tariximizi yaşadan zəngin abidələri, memarlıq əsərləri və mədəniyyəti ilə tanıyırıq. Həmin həbsxana isə bütün dövrlərdə özünün qəddarlığı və mərhəmətsizliyi ilə məşhur olub. Buna görə də mən onun yenidən bərpa olunmuş həbsxana kimi istifadə edilməsini qətiyyən arzu eləmirəm. Sadəcə, keçmişin izi olaraq yalnız müəyyən nişanələri saxlanıla bilər".

Deputat köhnə həbsxananın yenisi ilə əvəzlənmə təklifinə belə reaksiya verib:
"O həbsxana mərhəmətsizlik məkanı olaraq yaddaşlara həkk olunub. Elə bu səbəbdən də onun yenidən bərpa olunub istifadəyə verilməsinin tərəfdarı deyiləm.
Yeni həbsxana qurulması ilə bağlı qeyd edə bilərəm ki, arzu olunan odur ki, Azərbaycanımızda cinayətkarlığın kökü kəsilsin, onun kəmiyyəti azalsın və ümumiyyətlə həbsxanalara ehtiyac qalmasın. Ancaq bu, hələlik mümkün deyil. Təbii ki, hər bir dövlətdə qanun pozanların saxlanıldığı yerlər olmalıdır.
Məgər Şuşada həbsxana olması vacibdir? Biz Şuşanı mədəniyyət abidələri olan qoruq ərazisi kimi tanıyırıq. Həbsxananın Qarabağın başqa bölgəsində olması daha məqsədəuyğundur".

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən bir müddət öncə Modern.az-a bildirilib ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə həmin kompleksdə İşğal Muzeyinin yaradılması ilə bağlı layihə hazırlanır. Yəni Şuşa həbsxanasının yenidən cəzaçəkmə müəssisəsi kimi istifadəsi nəzərə tutulmur.

Şuşa həbsxanası 1848-ci ildə, Çar Rusiyası dövründə inşa olunub. Xan qızı Xurşidbanu Natavan tərəfindən tikdirilən bu həbsxana Şuşa qalasının şərq tərəfində yerləşir və qalanın aşağı divarları həbsxanaya söykənir. Keçmiş SSRİ dövründə isə bura qapalı tipli cəzaçəkmə müəssisəsi kimi fəaliyyət göstərib.
1992-ci il may ayının 8-də Şuşa şəhəri işğal olunan zaman həbsxana da Ermənistanın nəzarətinə keçib. 2020-ci il noyabrın 8-də Şuşa şəhəri azad edilərkən həbsxana yenidən Azərbaycanın nəzarətinə qaytarılıb.


El arasında "Şuşa türməsi" adlandırılan bu müəssisə ilkin olaraq 350 nəfərin cəza çəkməsi üçün nəzərdə tutulsa da, sonralar daha çox məhbus qəbul etməsi üçün kompleks əlavə tikililər hesabına xeyli genişləndirilib. Məlumatlara görə, həbsxananın 99 kamerası olub. Bunların 96-da dustaqlar saxlanılıb, 3-ü isə cərimə otağı olub.
Şuşa həbsxanası həm Rusiya imperiyası, həm də keçmiş SSRİ dövründə ən dəhşətli müəssisələrdən  biri sayılıb. SSRİ dövründə bu həbsxana qapalı tipli cəzaçəkmə müəssisəsi kimi fəaliyyət göstərib və əsasən ağır cinayət törətmiş məhbusların saxlanma yeri olub. Buraya Sovet İttifaqının müxtəlif respublikalarından dustaqlar gətirilib. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:59
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Noyabr 2026 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri