Icma.az
close
up
RU
Gürcüstandan vasitəçilik təklifi: Azərbaycan razı, bəs İrəvan?

Gürcüstandan vasitəçilik təklifi: Azərbaycan razı, bəs İrəvan?

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gürcüstan Azərbaycan və Ermənistan arasında danışıqlarda vasitəçi rolunu oynamağa hazırdır.

Bunu Gürcüstanın Birinci Kanalına müsahibəsində ölkənin Baş naziri İrakli Kobaxidze deyib.

“Gürcüstanda, məsələn, vasitəçi kimi və ya danışıqların təmin edilməsi prosesində daha da fəal iştirak etmək üçün maraq varsa, buna hazırdır. Bu hazırlıq indi də qüvvədədir. Əgər müvafiq maraq olarsa, biz iki qonşu ölkəyə öz köməyimizi və dəstəyimizi təklif etməyə hazırıq”, - Kobaxidze bildirib.

Qeyd edək ki, əvvəllər Gürcüstan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün bir neçə dəfə vasitəçi kimi çıxış edib.

Məsələ ilə bağlı politoloq Oqtay Qasımov “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Gürcüstan yalnız təşkilatçı qismində çıxış edə bilər: 

“Baş nazir İrakli Kobaxidzenin bu bəyanatı xoşməramlı bəyanat kimi qiymətləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, Gürcüstan bu məsələdə bir neçə dəfə cəhd edib. Tiflisdə Azərbayav və Ermənistan XİN rəhbərlərinin görüşü də təşkil olunub. Tiflisin bu təşəbbüsünü yüksək qiymətləndirmək lazımdır. Gürcüstan yenə də öz vasitəçilik etmək niyyətində ola bilər.

Hesab etmirəm ki, Gürcüstanın vasitəçiliyi sülh prosesini irəli aparacaq. Ən azından bu məsələdə vasitəçi tərəflərin hər iki tərəfə təsir imkanları olmalıdır. Bildirim ki, vasitəçilərin iştirakı ilə aparılan danışıqlar bu günə kimi heç bir ciddi müsbət nəticə verməyib. 

Ən uyğun və münasib variant Azərbaycan ilə Ermənistan arasında danışıqların və təmasların ikitərəfli qaydada davam etdirilməsidir. Əgər Tiflisdə hər hansı şəkildə ikitərəfli görüş təşkil olunarsa, Azərbaycan buna etiraz etməyəcək. Tiflis yalnız təşkilatçı roluna malik ola bilər. Amma Ermənistanın buna hazır olub-olmamasına gəlincə, bu, başqa bir məsələdir. Çünki İrəvan Tiflisdə ikitərəfli görüşlərə qatılmaq üçün rəsmi Vaşinqton və Parisin rəyini nəzərə almalıdır. 

İrəvanın Bakıda təşkil olunan BMT-nin İqlim Dəyişiklikləri üzrə COP29 beynəlxalq tədbirdə iştirak etməkdən imtina etməsi onu deməyə əsas verir ki, İrəvan regionda sülhün bərqərar olunmasında maraqlı deyil və başqa mərkəzlər tərəfindən idarə olunur”.

Yunis Abdullayev 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Noyabr 2024 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri