Icma.az
close
up
RU
Gürcüstanın Baş prokuroru: Yüksək səviyyədə təşkil olunmuş COP29 dünyaya böyük töhfələr verəcək AZƏRTAC

Gürcüstanın Baş prokuroru: Yüksək səviyyədə təşkil olunmuş COP29 dünyaya böyük töhfələr verəcək AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 16 noyabr, AZƏRTAC

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə ölkəmizə səfərə gələn beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.

Noyabrın 15-də Azərbaycanın Baş prokuroru Kamran Əliyev Gürcüstanın Baş prokuroru Giorgi Qabitaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycanın Baş Prokurorluğunun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Kamran Əliyev digər sahələrdə olduğu kimi, ölkələrimizin prokurorluq və hüquq-mühafizə orqanları arasında da əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib. Baş prokuror cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya sahələrində son illər ərzində effektiv işbirliyinin olduğunu diqqətə çatdırıb, ölkələrarası təcrübə mübadiləsi və prokurorluq əməkdaşlarının ikitərəfli səfərlərinin əhəmiyyətindən bəhs edib. O, Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi altında COP29-un ən yüksək səviyyədə təşkil olduğunu bildirib.

COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (BMTNCİ) tərəfindən təşkil olunan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən həmsədrlik edilən "İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması" adlı yüksəksəviyyəli sessiyanın uğurla başa çatması barədə danışan tərəflər ətraf mühitin mühafizəsində hüquq-mühafizə orqanlarının qarşılıqlı əməkdaşlığının vacibliyini vurğulayıblar.

Gürcüstanın Baş prokuroru qonaqpərvərliyə görə təşəkkürünü bildirərək ölkələrimiz arasında hüquqi sahədə əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini və səmərəli əməkdaşlığın həyata keçirildiyini, səfərin ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi üçün faydalı olacağını qeyd edib. O, ölkəmizdə keçirilən COP29 kimi mötəbər beynəlxalq tədbirin dünyaya böyük töhfələr verə biləcəyini vurğulayıb. Diqqətə çatdırıb ki, COP29 çərçivəsində təşkil olunan "İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması" adlı yüksəksəviyyəli sessiya uğurla başa çatıb.

Gürcüstandan olan nümayəndə heyəti Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub və onlara prokurorluğun fəaliyyətini əks etdirən müxtəlif guşələrdəki eksponatlarla bağlı ətraflı məlumat verilib.

Görüşdə, həmçinin Gürcüstanın ölkəmizdəki səfiri Zurab Pataradze də iştirak edib.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Noyabr 2024 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri