Icma.az
close
up
RU
Gürcüstanlı marafonçular Azərbaycanın işğaldan azad olunmuş ərazilərində quruculuq işlərini yüksək qiymətləndiriblər

Gürcüstanlı marafonçular Azərbaycanın işğaldan azad olunmuş ərazilərində quruculuq işlərini yüksək qiymətləndiriblər

Icma.az bildirir, Azertag portalına istinadən.

Tbilisi, 2 may, AZƏRTAC

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev “Konstitusiya və Suverenlik İli” çərçivəsində aprelin 10-dan 13-dək Qəbələ-Xankəndi marşrutu üzrə baş tutmuş ultramarafonun Gürcüstandan olan iştirakçıları ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüş zamanı səfir ölkəmizdə, xüsusən də işğaldan azad olunmuş ərazilərdə beynəlxalq səviyyəli tədbirlərin keçirilməsinin artıq mütəmadi hal aldığını qeyd edib.

Bildirib ki, bu tip tədbirlər vasitəsilə beynəlxalq ictimaiyyətin 30 illik işğal dövründə Qarabağda törədilən urbisid və digər cinayətlər barədə məlumat almasına, habelə burada müxtəlif ölkələrin nümayəndələrinin dostlaşmasına şərait yaradılır.

F.Quliyev, eyni zamanda, Qarabağ İqtisadi rayonunda aparılan bərpa işləri barədə məlumat verib, ölkələrin ərazi bütövlüyünün təmin olunmasının regionda sabitliyə yol açdığını diqqətə çatdırıb.

Marafonçular ölkəmizdə tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib, zəruri təminat və təhlükəsizlik tələblərinə ciddi riayət edilməsinə və iştirakçıların hər birinə xüsusi diqqət ayrılmasına, habelə onların iştirakı üçün səfirlik tərəfindən göstərilən səylərə görə təşəkkürlərini bildiriblər.

Qarabağda olarkən Azərbaycan həqiqətləri ilə daha yaxından tanış olduqlarını vurğulayan iştirakçılar, dövlətimiz tərəfindən həmin ərazilərdə quruculuq-bərpa işlərinin yüksək templə aparılaraq, qısa müddət ərzində xeyli sayda infrastruktur layihələrinin icra edilməsini yüksək qiymətləndiriblər.

Marafon iştirakçıları növbəti müddət ərzində də bu tip tədbirlərə qatılmağı planlaşdırdıqlarını bildiriblər.

Qeyd edək ki, 6 ölkədən 83 iştirakçının qatıldığı marafonda Gürcüstandan 9 namizəd iştirak edib. Onların arasından 73 yaşlı Tenqiz Latsabidze yarışın ən yaşlı iştirakçısı olub.

Kişilər arasında marafonda Gürcüstan komandasından Giorqi Lomidze 3-cü yeri, Tamilla Şaruxia isə öz yaş kateqoriyasında 1-ci yeri tutub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 May 2025 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri