Icma.az
close
up
RU
Guya onlardan 50 min rüşvət istəmişəm

Guya onlardan 50 min rüşvət istəmişəm

Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova “VMR Estetik” klinikasının kosmetoloqu Gülsüm Əliyevanın ona şər atdığını deyib. 

Axşam.az xəbər verir ki, jurnalist kosmetoloqun onunla bağlı polisə təqdim etdiyi ərizədə yalanlar yazdığını iddia edib. Q.Ataşova bildirib ki, kosmetoloq ondan 50 min manat istədiyini yazıb:

"Bu həyatda çox şey görmüşəm, amma bu qədər qızıl-qırmızı böhtan, ləyaqətsizlik görməmişdim. Gülsüm Əliyeva – cərrah deyilsən, tibb diplomun yoxdur, amma əməliyyat aparırsan. Əhsən. "VMR estetik" klinikası - lisensiyası yoxdur, amma klinika kimi işləyir. Möcüzə! Və nə baş verir? Dövlət ard-arda cərimələr yazır. Sonra da başlayır suallar: Bəs, bu cərimələri kim ifşa elədi? Mən! Kim olacaqdı ki?

İndi isə nə deyirlər? Guya mən onlardan 50 min rüşvət istəmişəm. Niyə? Çünki demişəm ki, cərrah olmaq üçün cərrah diplomu da gərəkdir. Çox cəsarətli fikir olmuş, etiraf edirəm.

Məktubu da aparıblar Korrupsiyaya qarşı Mübarizə İdarəsinə – sübut filan yoxdur, amma guya “şikayətçidirlər”. Əla! İndi belə çıxır ki, klinikada lisenziya yoxdursa, günah Qənirədədir? Həkim olmadan əməliyyat aparılırsa, günah yenə Qənirədədir. Dövlət cərimə yazırsa, demək, Qənirə rüşvət alıb.

Yəni bu ölkədə qanunsuzluqları ifşa edən yox, ifşa edənə qarşı kampaniya aparmaq dəbdir. Mən artıq nə ifşaçıyam, nə jurnalist – “cinayətkaram”, çünki doğruları demişəm.

Gülmək istəyənə komediya, düşünmək istəyənə faciədir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://axsam.az
archiveBu xəbər 24 İyul 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri