Haaland PSJ nin iki futbolçusunu fərqləndirdi “Onları izləmək heyranedicidir”
Icma.az, Apasport portalına istinadən məlumat verir.
İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Erlinq Haaland Fransanın PSJ komandasının futbolçuları barədə danışıb.
Apasport.az xəbər verir ki, norveçli forvard UEFA Çempionlar Liqasının liqa mərhələsində Paris təmsilçisi ilə keçiriləcək oyun öncəsi rəqibin heyətini yüksək qiymətləndirib.
Haaland xüsusilə Nunu Mendeş və Əşrəf Hakiminin çıxışını fərqləndirib:
“Onların fantastik futbolçuları var və çox yüksək səviyyədə oynayırlar. Bütün komanda xüsusidir. Amma daim hərəkətdə olan cinah müdafiəçiləri diqqətimi daha çox çəkir. Mendeş və Hakiminin oyununu izləmək sadəcə heyranedicidir. Bunu necə izah edəcəyimi belə bilmirəm. Yaxşı hazırlaşmalıyıq, çünki onlar həqiqətən xüsusi komandadır”.
Qeyd edək ki, “Mançester Siti” – PSJ qarşılaşması oktyabrın 14-də UEFA Çempionlar Liqasının liqa mərhələsinin II turu çərçivəsində keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
“Arsenal”da ciddi itki “Yuventus”da yeni müqavilə - RƏSMİ Palmer daha 8 il “Çelsi”də - RƏSMİ Günün oyunları bu kanallarda - TV AFİŞA Super Liqa klubunda yeni təyinat - RƏSMİ
Baxış sayı:97
Bu xəbər 12 Oktyabr 2026 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















