Icma.az
close
up
RU
Haarlemdən Bakıya “Qarabağ” üçün gələn adanalı kimdi?

Haarlemdən Bakıya “Qarabağ” üçün gələn adanalı kimdi?

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bəli, “Qarabağ”ın “Kopenhagen”ə qarşı önəmli natçını türk əsilli ədalət təmsilçisi Sərdar Gözübüyük idarə edəcək.

"Football-plus.az"ın ənənəsinə sadiq qalaraq “fit sahibi”nin karyerası haqda ətraflı məlumatı təqdim etməzdən əvvəl bildirək ki, o, 1985-ci ildə Niderlandın Haarlem şəhərində dünyaya göz açıb.
Əslində hər şey ailəsinin illər əvvəl Adanadan bu şəhərə köç etməsiylə başlayıb. Erkən yaşlarından futbola həvəsiylə diqqəti çəkən Gözübüyük 16 yaşında Niderlandın aşağı liqalarında futbolçu kimi çıxış etsə də, 2006-cı ildən bəri hakim kimi fəaliyyət göstərməyə başlayıb. Beləliklə, ortaya Niderlandın FİFA referisi olan ən gənc hakimi kimi çıxıb. O, bu ölkədə fəaliyyət göstərən ilk və tək türkdü.
Sərdar Gözübüyük... Karyerasına Niderlandın aşağı liqalarında start verən referi elitada ilk matçını 24 yaşında 2009/10 “futbol ili”nin sonuncu turunda idarə edib. Beləliklə, Niderlandın peşəkar liqasında ən gənc hakim ünvanına yiyələnib. İndiyə qədər elitada 324 matçda ədaləti qoruyan Gözübüyük bu qarşılaşmalarda 1055 sarı, 54 qırmızı vərəqə göstərib.
O, 2012-ci ildən etibarən FİFA referisi statusu qazanıb. Bundan sonra avrokubokların bütün turnirlərinin təsnifat və əsas mərhələlərində fit çalan referi Millətlər Liqasının bütün liqalarında, Gənclər Liqasında, 17 və 21 yaşadək futbolçuların Avropa, 20 yaşadək futbolçuların dünya çempionatı sınaqlarında, həmçinin beynəlxalq yoldaşlıq oyunlarında ədaləti təmsil edib. Onun xidmətinə başqa ölkələrin yüksək liqalarında da ehtiyac duyulub. Dəqiq desək, BƏƏ, Səudiyyə Ərəbistanı və Belçika kimi ölkələr aparıcı komandalarının həlledici matçlarında məhz Gözübüyükün təcrübəsinə güvənib.
Sərdar bəy ikinci dəfə təmsilçilərimizdən birinin avrokubok sınağında iş başında olacaq. Belə ki, o, 2015-ci ildə Bakıda “İnter”lə (indiki “Şamaxı”) “Atletik” (İspaniya) arasında keçirilmiş Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçını idarə edib. Həmin oyunda qapılara qol vurulmayıb.
Ümumiyyətlə, 40 yaşlı referi karyerası ərzində 609 matç idarə edib. O, bu oyunlarda 2095 sarı, 114 qırmızı vərəqə ilə futbolçuları üzüb.
KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 Oktyabr 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see414

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see407

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see282

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see264

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see253

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see246

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see243

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see239

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see238

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see210

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see209

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see206

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see201

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see197

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see197

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see197

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri