Haber Global : Azərbaycanın sülh strategiyası bütün dünyaya nümunə kimi göstərilir
Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
"Həm döyüş meydanında, həm də danışıqlar masasında qələbə qazanan Azərbaycanın sülh strategiyası bütün dünyaya nümunə kimi göstərilir".
BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global" "YouTube" kanalının hazırladığı videosüjetdə bəhs edilir.
"Azərbaycan Prezidenti İlham Əliyev bu həftənin əvvəlində Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülüb. Mükafatın rəsmi sosial şəbəkə hesabında diqqətçəkən paylaşım edilib. Paylaşımda İlham Əliyevin sülh strategiyasından təqdirəlayiq şəkildə bəhs edilib.
Paylaşımda Azərbaycan və Ermənistan arasında 8 avqust 2025-ci ildə imzalanan sülh sazişinin gələcək nəsillər üçün qarşılıqlı etimad yaradacağı qeyd edilib. İlham Əliyevin apardığı sülh strategiyası tərif dolu sözlərlə ifadə edilib.
Həmçinin paylaşımda İlham Əliyevin "Zayed İnsan Qardaşlığı Mükafatı"nın baş katibi Məhəmməd Əbdülsəlam ilə görüşünə də yer verilib.
"Sülh yolunda atdığınız addımları çox yüksək qiymətləndiririk. Sadəcə, sülhlə bağlı sözlərinizdən bəhs etmirəm. Eyni zamanda, sülh üçün atdığınız addımlardan danışıram. Bu, bütün dünya üçün həqiqətən də olduqca əhəmiyyətlidir", - deyə Məhəmməd Əbdülsəlam bildirib.
Azərbaycan və Ermənistan arasında paraflanan sülh sazişi beynəlxalq diplomatiya üçün nümunədir. Çünki sülhün hüquqi prinsiplər və beynəlxalq legitimlik əsasında bərqərar edilə biləcəyini nümayiş etdirdi", - deyə materialda qeyd edilib.
Daha ətraflı videosüjetdə:
Baxış sayı:76
Bu xəbər 24 Yanvar 2026 13:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















