Icma.az
close
up
RU
Hacı Mazan nın cinayət işi açılan Sirr M MMC si batır? 200 minlik borc

Hacı Mazan nın cinayət işi açılan Sirr M MMC si batır? 200 minlik borc

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

"Hacı Mazan" kimi tanınan iş adamı Ramazan Zeynalova məxsus olduğu deyilən "Sirr-M" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vergi borcu yaranıb. 

Qaynarinfo-nun məlumatına görə, şirkətin Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə vergi borcu 218.735,74 AZN-ə çatıb. 

Qeyd edək ki, nizamnamə kapitalı 20 manat olan MMC-nin qanuni təmsilçisi Əzimov Mahmud Nizami oğludur. 

Ötən ilin avqust ayında Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) apardığı nəzarət tədbirləri zamanı "Sirr-M" MMC tərəfindən Viləşçay su anbarından ağır texnikalardan istifadə olunmaqla torpaq və qarışıq suxurun çıxarılması faktı aşkar edib. Şirkət rəhbərliyinə cinayət işi açılmışdı. Sonradan bu barədə ictimaiyyətə məlumat verilmədi. 2022-ci ildə də Viləşçayın hövzəsindən torpaq və çaylaq daşlarının qanunsuz daşınması halı aşkar edilmişdi. Məlumata əsasən, ərazidən gündəlik olaraq 90-100 yük maşını torpaq və daş daşınır.  


Şirkətin də qeyri-rəsmi olaraq iş adamı Ramazan Zeynalova məxsus olduğu bildirilir. 

Onu da bildirək ki, Masalı rayonunda yerləşən "Viləş Palace Hotel"in də Ramazan Zeynalova məxsus olduğu deyilir. Ötən ilin aprel ayında "Viləş Palace Hotel"in qanuni təmsilçisi dəyişib. Ramazan Zeynalovun qardaşı oğlu Vüqar Zeynalov MMC-nin qanuni təmsilçiliyindən çıxarılıb. Onun yerinə Bağırlı Samir Eldar oğlu gətirilib.


2024-cü ildə Əmlak Məsələləri Dövlət Xidməti "Viləş Palace Hotel" MMC-ni aralarında yaranamış torpaq mübahisəsinə görə məhkəməyə verib. İddialara görə, otelin yerləşdiyi ərazinin əhəmiyyətli hissəsi "Viləş Palace Hotel" MMC rəhbərliyi tərəfindən zəbt olunub. Hazırda da tərəflər arasında məhkəmə çəkişməsi davam etdirildiyi bildirilir. 

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 21 Aprel 2026 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri