Icma.az
close
up
RU
Hacıyevin İsrail səfəri: Siyasi dönüş başladı, qadağa ləğv edilir!

Hacıyevin İsrail səfəri: Siyasi dönüş başladı, qadağa ləğv edilir!

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İsrailin Baş naziri Benyamin Netanyahu ilə ətraflı danışıqlar aparıb, bu da regional siyasətdə dönüş nöqtəsi ola bilər.

Axar.az xəbər verir ki, bu barədə “Yerusəlim Post” qəzetində Hikmət Hacıyevin İsrailə son səfərinə həsr olunmuş məqalədə deyilir.

Müzakirələrlə tanış olan mənbə bildirib ki, Netanyahunun ABŞ Dövlət katibi Marko Rubio ilə strateji dialoqundan 48 saat sonra baş tutan yüksək səviyyəli görüş Azərbaycanın İbrahim razılaşmalarına potensial daxil olması üçün artan şeviklikdən xəbər verir:

“Azərbaycan son üç onillikdə İsrailin müsəlman dünyasında ən etibarlı tərəfdaşlarından biri olub. Onun regional təhlükəsizlik arxitekturası üçün strateji əhəmiyyətini qiymətləndirməmək olmaz”.

Bu yaxınlarda Amerikanın “Atlantic Council” analitik mərkəzi vurğulamışdı ki, Vaşinqton Bakı ilə öz əlaqələrini gücləndirmək üçün İsrailin Azərbaycanla diplomatik və təhlükəsizlik sahəsində əməkdaşlığından dərs götürməlidir. Üstəlik, Azərbaycanla sıx əlaqələr ABŞ-ın Bakının yaxşı münasibətləri olan Mərkəzi Asiya ölkələri arasında daha güclü mövqe qazanmasına kömək edə bilər. Bu, Vaşinqton üçün xüsusilə vacib olardı, çünki Mərkəzi Asiya regionu minerallar və enerji ehtiyatları ilə zəngindir və Rusiya, eləcə də İrandan yan keçən Asiyadan Avropaya gedən ticarət yolu Orta dəhlizə ev sahibliyi edir.

Hacıyevin Qüdsə gəldiyi həmin gün “Begin-Sadat” Strateji Araşdırmalar Mərkəzi “Azərbaycanı Trampın regional planlarına və İsrailin maraqlarına necə təsirli şəkildə cəlb etmək olar: praktik tövsiyələr” adlı məqalə dərc edib.

Orada qeyd edilir ki, İsrail və ABŞ-dakı israilyönlü qüvvələr Azərbaycanın inkişaf, investisiya və texnologiya sahələrində ABŞ-İsrail regional tərəfdaşlığına daxil edilməsini fəal şəkildə müdafiə etməlidir. Yəhudi dövləti artıq Amerika şirkətlərinin iştirakı ilə Mərakeşlə üçtərəfli tərəfdaşlıq modelini təşviq edir və bu yanaşmanı İbrahim sazişlərinin genişləndirilməsi çərçivəsində müdafiə, süni intellekt və kibertəhlükəsizlik sahələrində Körfəz ölkələri və ABŞ-a da yaymağı planlaşdırır.

Azərbaycanın bu cür təşəbbüslərdə iştirakı İsrailin regional tərəfdaşlıqlarının müsəlman komponentini gücləndirəcək. Bu, həmçinin Vaşinqtonun regional inkişaf və müdafiə layihələrində maliyyə yükünü azaltmaq üçün ABŞ müttəfiqləri arasında çoxtərəfli əməkdaşlığı genişləndirmək məqsədilə Tramp administrasiyasının strategiyasına tam uyğundur.

Məqalədə əsas maneə də vurğulanır: 1992-ci ildən ABŞ-ın Azərbaycana yardımını məhdudlaşdıran 907-ci maddə:

“Amerika və İsrailin yeni Böyük Yaxın Şərq arxitekturası çərçivəsində Azərbaycanın üstünlüklərindən tam şəkildə istifadə etməsi üçün bu formal maneələr aradan qaldırılmalıdır”.

Ekspertlər hesab edir ki, Azərbaycanın İsraillə uzunmüddətli strateji əlaqələri olan ölkə kimi unikal mövqeyi onu İbrahim sazişlərinin Yaxın Şərq, Asiya və Afrikadakı müsəlman ölkələrinə genişləndirilməsi üçün cəlbedici tərəfdaş edir.

Azərbaycanın xarici və iqtisadiyyat nazirliklərinin bir neçə yüksək vəzifəli məmuru uzun illərdir ki, İsraillə ikitərəfli əlaqələrin möhkəmləndirilməsində fəal iştirak edib və müqavilələrin genişləndirilməsi prosesində Fridmanın “Sülh vasitəsilə güc” mərkəzində, eləcə də Abraham Fondunda məsləhətçi ola bilərlər. Bu ölkə hətta ən kritik dövrlərdə belə İsraili dəstəkləyib.

Hacıyevin səfərinin İranın nüvə proqramı ilə bağlı ABŞ-İsrail koordinasiyasının bərpası ilə üst-üstə düşməsi də Azərbaycanın strateji əhəmiyyətini bir daha vurğulayır. Həm Bakı, həm də Təl-Əviv İrana ekzistensial təhlükə kimi baxır, bu da onların təhlükəsizlik sahəsində əməkdaşlığını indiki geosiyasi kontekstdə xüsusilə dəyərli edir.

Tramp administrasiyası regional ittifaqları bərpa etməyə çalışarkən, Azərbaycanın İsrailin Böyük Yaxın Şərqə inteqrasiyasının asanlaşdırılmasında rolu, xüsusilə də təhlükəsizliyin möhkəmləndirilməsi və digər müsəlman ölkələri ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi kontekstində kritik rol oynaya bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://axar.az
archiveBu xəbər 21 Fevral 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see309

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see301

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see268

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see248

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see248

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see247

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see240

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see232

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see230

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see225

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see206

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see205

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see204

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see203

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see203

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see198

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see197

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see195

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see191

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri