Tramp əxlaqsızdır, amma psix deyil... Baydenlə də tanış olan məşhur psixiatr danışdı...
Icma.az bildirir, Moderator.az portalına istinadən.
Qluzman ABŞ-ın yeni seçilmiş prezidentinin davranışını dəyərləndirib...
Tanınmış ukraynalı ictimai xadim, psixiatr Semyon Qluzman qeyd edib ki, Donald Tramp əxlaqsız insandır, lakin o, psixi cəhətdən tamamilə sağlamdır.
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, o, bu barədə “Naodintsi” layihəsinə verdiyi şərhdə danışıb.
Semyon Qluzman ABŞ prezidenti Co Baydeni şəxsən tanıdığını bildirib.
"Əlbəttə, mən Baydenlə dost deyiləm, amma onu tanıyıram. Tramp ilk dəfə qalib gələndə Amerika səfirliyindən tanıdığım diplomatlar qorxurdular. Çünki Tramp çox əxlaqsızdır. O, ilk dəfə seçilən vaxt Amerika diplomatlarından birinin evində olduğumu xatırlayıram... Ona dedim ki, heç nə olmayacaq, çünki ABŞ-da sistem başqa cür qurulub.
Tramp tam əxlaqsız adamdır və yalnız cinsi qalmaqallarına görə deyil... Onun necə davranacağını bilmirəm. Özünü istədiyi kimi apara bilər. Amma bir psixiatr kimi Trampın sağlam olduğunu deyirəm”, - deyə Semyon Qluzman vurğulayıb.
S.Laçın
Baxış sayı:108
Bu xəbər 18 Dekabr 2024 07:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















