Icma.az
close
up
RU
Hakimin “addımbaşı pul istəyirdilər” iddiasına: Hospitaldan cavab

Hakimin “addımbaşı pul istəyirdilər” iddiasına: Hospitaldan cavab

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidov araşdırdığı işlərdən biri ilə bağlı məhkəmə iclasında Mərkəzi Gömrük Hospitalı haqda danışıb.

Hakim zərərçəkmiş şəxslərdən birinin ifadəsinə münasibət bildirərkən özünün də hospitalda xoşagəlməz hallarla qarşılaşdığını xatırlayıb: “O vaxt mən koronavirusa yoluxmuşdum. Vəziyyətim pis idi. Belə qərara gəldik ki, Gömrük Hospitalında müalicə alım. Təsəvvür edirsiniz, hara addım atırsan, pul istəyirdilər. Pulsuz adama salam da vermirdilər. 41 dərəcə qızdırmada idim. Deyirəm ölürəm, yardım edin, baxmamış pul istəyirdilər”.

Məsələyə Mərkəzi Gömrük Hospitalı reaksiya verib. Hospitaldan “Qafqazinfo”ya daxil olan açıqlamada hakim Azad Məcidovun müalicə ilə bağlı dediklərinə belə cavab verilib: “Azad Əliağa oğlu Məcidov 13 noyabr 2020 tarixdə ambulator qaydada Mərkəzi Gömrük Hospitalın poliklinik şöbəsinin həkim-terapevtinə müraciət edib və həmin vaxt ağciyərlərin KT-si icra edilib. O, COVİD-lə bağlı hospitalda stasionar müalicədə olmayıb. Azad Məcidovun hospitala başqa müraciəti və ya stasionar müalicədə olması bizim sistemdə qeyd olunmayıb”.

Qeyd edək ki, sözügedən məhkəmə prosesi talasemiyalı uşaqların yaxınlarının aldadılması ilə əlaqədardır. Sonuncu məhkəmə prosesində ifadə verən zərərçəkmiş də təqsirləndirilən şəxslərlə onu Mərkəzi Gömrük Hospitalının həkimi Mir Cəlal Kazıminin tanış etdiyini bildirmişdi. Məhkəməyə sədrlik edən A.Məcidov da məhz bu ifadəyə münasibət bildirərkən hospitaldakı müalicəsindən danışmışdı.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Yanvar 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri