Icma.az
close
up
RU
Hamilə qadınlara XƏBƏRDARLIQ: Kəklikotu çayı riskli ola bilər

Hamilə qadınlara XƏBƏRDARLIQ: Kəklikotu çayı riskli ola bilər

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mülayim iqlimlərdə yetişən kəklikotu, mətbəxlərdə sevilən ədviyyatlardan biridir. Kəklikotunun yarpaq və ya çiçəklərinin dəmlənməsi ilə hazırlanan kəklikotu çayı sağlamlığa olan faydaları ilə tanınır.

News24.az kəklikotu çayı haqqında ətraflı məlumatı təqdim edir:

Kəklikotu çayı nədir?

Kəklikotunun 400-dən çox növü olduğu bildirilir. Kəklikotu qədim dövrlərdən bəri müxtəlif sağlamlıq problemlərində dəstək olaraq istifadə olunub. Təzə kəklikotu budaqları və ya qurudulmuş yarpaqlarının qaynar su ilə dəmlənməsi nəticəsində hazırlanan bu çay, xüsusilə ürək-damar sağlamlığı olmaqla sağlamlığa çoxsaylı töhfələr verir.

Kəklikotu çayının əsas faydaları bunlardır:

Qan təzyiqini tənzimləyə bilər: Bəzi laboratoriya tədqiqatlarına görə kəklikotu qan təzyiqinin aşağı salınmasına kömək edə bilər.

Antioksidantlarla zəngindir: Kəklikotunda olan timol və fitol kimi birləşmələr güclü antioksidant təsirə malikdir və orqanizmdə oksidativ stressə qarşı mübarizə aparır.

Həzm sisteminə müsbət təsir göstərə bilər: Antibakterial və antimikrobiyal xüsusiyyətləri ilə mədə və bağırsaqlarda mikroblarla mübarizədə təsirli ola bilər.

İmmunitet sistemini gücləndirə bilər: Kəklikotunun tərkibindəki vitamin və minerallar müdafiə sisteminə müsbət təsir edir.

İltihabəleyhinə xüsusiyyətlərə malikdir: Timol kimi maddələr orqanizmdəki iltihab proseslərini azalda bilər.

Dəri sağlamlığını dəstəkləyə bilər: Civzə və göbələk kimi dəri problemlərinin əlamətlərini yüngülləşdirə bilər.

Tənəffüs yollarını rahatlada bilər: Öskürək, burun axıntısı və boğaz ağrısı kimi şikayətlərin azalmasına yardım edə bilər.

Aybaşı ağrılarını yüngülləşdirə bilər: Aybaşı dövrünü nizamlayaraq ağrını azalda bilər.

Kilo nəzarətinə dəstək ola bilər: Tərkibindəki timol maddəsi arıqlama prosesinə yardımçı ola bilər.

Stresi azalda bilər: Fenolik birləşmələrin stres və narahatlıq üzərində sakitləşdirici təsiri olduğu bildirilir.

Kəklikotu çayı necə hazırlanır?

Yarım litr su qaynadılır

1 çay qaşığı təzə və ya quru kəklikotu fincana əlavə olunur

Üzərinə qaynar su tökülür və 10-15 dəqiqə dəmlənməyə buraxılır

Süzüldükdən sonra istəyə görə bal və limonla içilə bilər

Kəklikotu çayı aşağıdakı hallarda zərərli ola bilər:

Həddindən artıq içildikdə migren tipli baş ağrısına səbəb ola bilər

Hipotoniya (aşağı təzyiq) problemi olan şəxslərdə təzyiqi daha da salaraq risk yarada bilər

Bəzi şəxslərdə mədə yanması, ürəkbulanma və qusma kimi təsirlər göstərə bilər

Qızartı, qaşınma kimi allergik reaksiyalar baş verə bilər

Antidiabetik və antihipertansiv dərmanlarla qarşılıqlı təsirə girə bilər

Kəklikotu çayını kimlər içməməlidir?

Hipertoniya və diabet xəstələri

Qan durulducu dərman qəbul edənlər və ya əməliyyata hazırlaşanlar

Nanə, lavanda, adaçayı allergiyası olanlar

Hormonal dərman istifadə edənlər

Hamiləlikdə kəklikotu çayı içmək olarmı?

Araşdırmalar kəklikotunun orqanizmdə estrogen kimi davrana biləcəyini göstərir. Bu səbəbdən hamilə qadınların kəklikotu çayı içməzdən əvvəl mütləq həkimə müraciət etməsi tövsiyə olunur.

Kəklikotu yağı ilə aparılan bəzi laborator tədqiqatlar onun düşük və erkən doğuma səbəb ola biləcəyini göstərmişdir.

Qeyd: Kəklikotu faydalı bitkilərdən biridir. Sağlamlığı yerində olan şəxslər gündə 3 fincan içə bilər. Lakin xüsusilə hamilə və süd verən qadınlar, hər hansı dərman qəbul edənlər kəklikotu çayı içməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər. //pravda.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:384
embedMənbə:https://news24.az
archiveBu xəbər 13 May 2025 20:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri