Icma.az
close
up
RU
Hamiləlik dövründə dəridə niyə ləkələr yaranır?

Hamiləlik dövründə dəridə niyə ləkələr yaranır?

Pravda.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hamiləlik qadın həyatında həm fiziki, həm də emosional dəyişikliklərlə müşayiət olunan xüsusi bir dövrdür.
Pravda.az bildirir ki, bu dövr bir çox möcüzəvi hisslərlə yanaşı, müəyyən sağlamlıq və estetik problemləri də özü ilə gətirir. Onlardan biri də dəri ləkələridir.


Hamiləlik dövründə ifraz olunan hormonlar dəri ləkələrini artırır
 

Hamiləlikdə dəri ləkələri tez-tez rast gəlinən problemdir. Bunun əsas səbəbi isə bu dövrdə ifraz olunan estrogen və progesteron hormonlarıdır. Günəşin yaydığı ultrabənövşəyi şüalara qarşı həssaslığın artması nəticəsində dəridə ləkələr meydana çıxa bilər. Üzdə ən çox yanaq, üst dodaq və alında yaranan bu ləkələr, üzlə yanaşı sinə arası, boyun və qolların xarici hissəsində də görülə bilər. Günəş görməyən yerlərdə yaranan ləkələr daha tünd rəngdə özünü göstərir və əksər hallarda hamiləlikdən sonra itir.


Açıq dərili hamilələr risk altındadır


Açıq dəri rəngi günəşin təsirlərinə qarşı dərini daha müdafiəsiz edir. Üstəlik, hamiləliyin gətirdiyi həssaslıqla birlikdə açıq dərili hamilələr dəri ləkələri baxımından daha böyük risk altına düşür. Gün işığı dəriyə rəng verən piqmentasiyanı artıraraq bu ləkələrin qalıcı olmasına səbəb ola bilər.


Açıq dəri tonuna əlavə olaraq:
Şəxsin genetik quruluşu,
Qidalanma vərdişləri,


Hamiləlikdən əvvəl uzun müddət doğum nəzarət həblərindən istifadə etməsi,


Uzun müddət günəşə məruz qalması kimi amillər də hamiləlik dövründə dəri ləkələrinin yaranmasında rol oynayır.
Hamiləlik ləkələri doğuşdan sonra yox olurmu?
 

Hamiləliklə birlikdə yaranan açıq və ya qəhvəyi rəngli ləkələr hamiləliyin ikinci üçaylığında artır. Son üçaylıqda daha da nəzərə çarpan bu ləkələr bədənin müxtəlif yerlərində yarana bilər. Bu ləkələr əksər hallarda doğuşdan sonra öz-özünə itir. Ancaq risk faktorlarına sahib olan və günəşdən qorunmayan şəxslərdə qalıcı ola bilər.


Günəşdən uzaq durmaq çıxış yolu deyil…


Hamilə qadınların dəri ləkələrindən qorunmaq üçün günəşdən uzaq durması düzgün deyil. Çünki hamiləlik müddətində günəşə çıxmamaq, körpənin inkişafına mənfi təsir edə bilər. Hamilə bir qadının hər gün ən az 20 dəqiqə günəşə çıxaraq vücudu üçün vacib olan D vitaminini alması lazımdır. Ancaq bu zaman uyğun şərtlər təmin edilməli və qabaqlayıcı tədbirlər görülməlidir ki, dəri ləkələrinin yaranma riski minimuma endirilsin.


Ləkə müalicəsi üçün hamiləliyin bitməsini gözləyə bilərsiniz


Demək olar ki, bütün hamilələrin ortaq problemi olan dəri ləkələrinin müalicəsi hamiləlik zamanı tövsiyə olunmur. Bunun əsas səbəbi, ləkələrin böyük əksəriyyətinin doğuşdan sonra öz-özünə keçməsidir. Əgər ləkələr qalıcı olarsa, doğuşdan sonra mütəxəssis dermatoloqa müraciət edilməlidir.


Müalicə üsulları hansılardır?


Hormonal dəyişikliklərlə yanaşı, bir çox faktora bağlı olaraq inkişaf edən ləkələr üçün hamiləliyin ilk aylarında daha çox təbii üsullara üstünlük verilir. Xüsusilə doğuşdan sonrakı dövrdə C vitamini və fitik turşusu kimi bitki tərkibli təbii məhsullar seçilir. Ləkə kremləri də digər seçimlər arasındadır. Əgər kremlərə baxmayaraq ləkələr keçməzsə, aşağıdakı müalicə üsulları tətbiq oluna bilər:
 

Lazer müalicəsi,
Kimyəvi pilinq,
PRP müalicəsi,
Ləkə mezoterapiyası.


Qeyd: Hamiləlik dövründə dəriyə xüsusi diqqət yetirilməli, özbaşına heç bir məhsuldan istifadə edilməməlidir.


Əminə Bayramova 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://pravda.az
archiveBu xəbər 10 Aprel 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see197

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see172

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see160

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see134

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see126

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see124

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see123

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see121

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see118

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see118

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see118

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see118

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see118

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see117

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see117

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see116

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see116

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see114

Alkoqol içdiyiniz zaman üzünüz qızarır? Həkim təhlükə barədə xəbərdarlıq etdi

31 May 2025 07:31see112

Beşiktaş və Fənərbaxça braziliyalı futbolçu üçün mübarizə aparır

31 May 2025 11:56see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri