Icma.az
close
up
RU
Hamiləlik və doğuşdan sonra qadınlarda vaginal ifrazatlar. Norma və patologiya

Hamiləlik və doğuşdan sonra qadınlarda vaginal ifrazatlar. Norma və patologiya

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hamiləlik dövrünü yaşayan hamilələrdə, habelə yenicə doğuş keçirmiş zahı qadınlarda hormonal balansdakı tarazlıq bir neçə istiqamətdə pozulmaqdadır, bunlardan ən əsası estrogen-progesteron nisbətindəki dəyişilmələrdir.

Adıçəkilən dəyişiklik bilavasitə qadın cinsiyyət sisteminə təsir göstərərək müxtəlif fizioloji proseslər şəklində izlənilir, onlardan biri də ginekoloji müayinələr fonunda asanlıqla aşkar olunan uşaqlıq yolu axıntısının (vaginal ifrazatların) bioloji xüsusiyyətlərinin özünəməxsus fərqləndirici hal almasıdır.

Belə ki, progesteron hormonunun təsiri ilə hamiləliyin ilk 5-6 ayında uşaqlıq yolunda az miqdarda qatı, şüşəvari, şəffaf, bəzi hallarda ağımtıl ifrazatlar yaranır, əgər bu ifrazatlar qoxusuz və ya az qoxulu olub hamiləni narahat etmirsə, bunu normal hal kimi - hamiləliyin ilk əlamətlərindən biri olaraq dəyərləndirilmək mümkündür.

Əgər uşaqlıq yolu ifrazatları kəskin qoxuludursa, əvvəl sarımtıl-sarı, daha sonra yaşıl rəng alırsa, çürümüş südə bənzər və bol miqdardadısa, eyni zamanda vaginal qaşınma, göynəmə, qızarıqlıq və digər xoşagəlməz hisslər ilə müşayiət olunarsa, bu hal infeksion-iltihabi prosesin yaranması və mövcud hamiləliyin risk altında olmasından xəbər verir. Bu simptomları izlədikdə dərhal mütəxəssis köməyinə müraciət edilməli, təcili müalicə götürülməlidir. 

Hamiləliyin ikinci yarısında ciftin fizioloji inkişafı ilə əlaqədar olaraq, azalmış progesteron səviyyəsi fonunda ana orqanizmində estrogen hormonunun çoxmiqdarlı endogen hasilati baş verir və bu, normal dinamikada özünü cinsiyyət orqanlarından axan bol miqdarlı rəngsiz və ya ağamtıl ifrazatlar şəklində göstərir.

Əgər bu ifrazatların konsistensiyası, rəngi və həcmi dəyişilərsə, həmçinin vaginal qaşınma, yandırma və digər xoşagəlməz simptomatika izlənilərsə demək ki, cinsiyyət orqanlarının yerli infeksion xəstəlikləri baş qaldırmışdır. Bu cür dəyişikliklərin ən çox rast gəlinən səbəbi vaginal kandidoz hesab edilir. İfrazatlar kəsmiyəbənzər, pivə qoxulu axıntı şəklində qeyd olunur. Həmçinin prosesə şərti-patogen mikroflora da əlavə oluna bilər, çünki hamiləlik zamanı immunitetin təmamilə zəifləməsi baş verir.

Kəsmikvari ifrazatın (göbələyin) profilaktikası üçün hamilələrə süd məhsulları daxil olmaqla probiotiklərin qəbulu tövsiyyə edilə bilər. Əgər patologiyanın inkişafının qarşısı alınmırsa, bu zaman antifungal (göbələk əleyhinə) terapiya da təyin olunur.

İfrazatların daha bir mənbəyi bakterial vaginozdur. Bu fonda vaginal axıntılar sulu konsistensiyalı, rəngsiz və kifayət qədər xoşagəlməz iylidir.

Əgər, dinamik izlənilmələrdə uşaqlıq yolu ifrazatlarına qarının aşağı hissəsində yaranmış ağrılar da əlavə olunursa, bu hal hamilə qadının təcili hospitalizasiyasını tələb edir, çünki uşaqlıqdan kənar hamiləlik riski və özbaşına düşük təhlükəsi qaçınılmazdır.

Hamiləlik zamanı sarı ifrazatların izlənilməsi də norma sayıla bilməz, lakin əgər kəskin qoxu, yandırma, qaşınma və ağrılar kimi simptomlar müşahidə olunmursa ola bilsin ki, bu hal hamilə qadın üçün narahatçılıq törətməsin. Əks halda dərhal mama-ginekoloqun qəbuluna düşmək lazımdır.

Əgər ifrazatlar tünd sarı rəngdədirsə bu cür patoloji əlamətin yaranmasının bir neçə səbəbi vardır. İlk olaraq hamiləliyin və ya digər amillərin təsiri altında kəskinləşən müxtəlif xarakterli iltihab proseslərinin olması aşkar edilir ki, bu da öz növbəsində immunitetin zəifləməsinə, patoloji mikroorqanizmlərin uşaqlıq yoluna nüfuz etməsinə və orada toplanmasına zəmin yaradır. Tünd sarı ifrazatların meydana gəlməsi hamiləliyin öz-özünə pozulması nəticəsində də yarana bilər.

Əgər ifrazatların rəngi yaşıla kimi dəyişirsə, yaranmış problem ciddi pozulmaların inkişaf etməsindən xəbər verir. Məsələn, bu zöhrəvi xəstəliklərin olmasını göstərə bilər. Onlar üçün həmçinin qaşınmanın, sidik ifrazatı zamanı ağrıların, həmin nahiyədə yandırma hisslərinin əmələ gəlməsi xarakterikdir.

Hamiləlik dövründə spesifik sarı ifrazatlarla təzahür olunan bir çox infeksiyalar və iltihabi xəstəliklər hazırki hamiləliklə əlaqədar meydana çıxmır, onlar əvvəlcədən vardır və hamiləlik zamanı sadəcə kəskinləşir. Ona görə də arzuolunan hamiləliyin əsası qoyulmamışdan əvvəl gələcək ana namizədi kompleks müayinələrdən keçməlidir. Bu orqanizmin durumunu müəyyən etməyə, müxtəlif patoloji vəziyyətləri və xəstəlikləri aşkar etməyə və onların aradan qaldırılmasına kömək edəcəkdir.

Hamiləlik zamanı qadılarda gözlənilmədən və nisbətən az hallarda izlənilən qəhvəyi və qırmızı rəngli vaginal ifrazatların səbəbləri sırasına uşaqlıqdan kənar hamiləlikləri, vaxtından qabaq baş vermiş düşüklər və vaxtından qabaq doğuşları (yarımçıq uşaq salma), həmçinin cift patologiyalarını şamil etmək mümkündür. Bu kifayət qədər ciddi durumdur, hamilə qadın mütləq stasionar şəraitində həkim nəzarəti altında kompleks müalicə almalı, ciddi yataq rejimi təyin olunmalı, istənilən emosional və psixoloji yüklənmələrdən uzaq saxlanılmalıdır.

Doğuşun hansı üsulla icra edilməsindən asılı olmayaraq, yeni doğan zahı qadının cinsiyyət yollarından qanlı ifrazatlar müşahidə olunur ki, bunlara basqa cür “loxiya”lar demək olar. Loxiyalar adətən, ciftin uşaqlığın daxili divarına birləşdiyi yerdə formalaşan həyat qabiliyyətinə malik olmayan qopan toxumalar olub, zahılıq dövründə endometriumun sağalma prosesindən xəbər verməkdədir. Loxiyaların dinamikada izlənilməsi müsbət hal olub, zahılıq dövrünün fəsadsız keçməsi deməkdir. Loxiyaların xüsusiyyətləri, davamlılığı və rəngi zaman keçdikcə fizioloji olaraq dəyişir - vaginal ifrazatların miqdarı doğuşdan sonrakı üçüncü həftədən etibarən zəifləyir və azalır, 5-6cı həftədən etibarən kəsilir. Rəng xüsusiyyəti isə al-qırmizi rəngdən sarımtıl-ağ rəngli axıntılaradək çevrilmə tərzində izlənilir, onların tərkibinə servikal kanaldan olan selik qatqısı qatışaraq şüşəvari xarakterli selik şəklində ifraz olunurlar.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri