Icma.az
close
up
RU
Hamiləlik zamanı ishal

Hamiləlik zamanı ishal

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Hamiləliyin sonunda qadınların əksəriyyətini qəbizlik narahat edir. Böyümüş uşaqlıq bağırsaqları sıxır ki, nəticədə onların normal fəaliyyətində pozulmalar yaranır.

Bu problem hamiləlik zamanı hətta qəbizliyə meyilli olmayan qadınlarda da inkişaf edə bilər.

Hamiləliyin əvvəlində qadınları daha çox digər problem narahat edir - ishal. Hamiləliyin əvvəlində qadının orqanizmində ciddi hormonal dəyişikliklər baş verir ki, nəticədə bağırsaqlar bu dəyişikliklərə belə cavab verir. Bağırsaqlar adi vaxtlardan fərqli olaraq daha tez-tez boşalır (gündə 2-3 dəfə) və nəcis kütləsi formalaşmamış olur.

Müəyyən müddət keçdikdən sonra belə ishal əksər hallarda özü-özündən, müalicəsiz və dərmansız keçir. Bu halda yeqanə məsləhət - daha tez-tez maye qəbul edin. Nar qabıqların dəmləməsi, zoğal mürəbbəsi ilə çay çox yaxşı kömək edir, bağırsaqları "yığır".

Lakin bəzən qadınlarda ishal çox güclü olur (gündə 5 dəfə və bundan artıq), uzun müddət ərzində davam edir. Bu halda ishal həm ananın, həm də körpənin sağlamlığı üçün təhlükəlidir. Güclü ishalın nəticəsində orqanizmdə susuzlaşma inkişaf edir. Susuzlaşma zamanı orqanizmin su-duz balansı pozulur ki, bunun nəticəsində həm ananın, həm də dölün vacib orqan və sistemlərində (xüsusilə ürəkdə və beyində) ciddi pozulmalar yaranır. Ağır hallarda hamiləlik zamanı susuzlaşma döldə qüsurların inkişafına və hətta dölün həlak olmasına səbəb ola bilər.

Digər tərəfdən bağırsaqların uzun müddət ərzində həddən artıq aktiv vəziyyətdə olması (ishal zamanı olduğu kimi) uşaqlığa təsir edir ki, nəticədə uşaqlıq yığılmağa başlaya bilər və bunun nəticəsində uşaqsalma baş verə bilər.

Susuzlaşmanın ilk simptomları:

- güclü susuzluq,

- ağızda quruluq,

- dərinin və selikli qişaların quru olması;

- sidiyin rənginin tündləşməsi və az ifraz olunması;

- halsızlıq, zəiflik.

Daha ağır mərhələlərdə susuzlaşma nəticəsində insanda bayılma, qıcolmalar, koma kimi pozulmalar inkişaf edə bilər.

Bu səbəbdən güclü ishal zamanı (nəcis ifrazı 5 dəfə və bundan artıq baş verir)  susuzlaşmanın profilaktikası üçün dərhal su balansını bərpa etməyə başlamaq lazımdır. Lakin adi su, çay və s. mayelər lazım olan effekt vermir. Susuzlaşmanın profilaktikası üçün və susuzlaşmanın ilk simptomlarında xüsusi məhlullardan istifadə etmək lazımdır. Bu məhlulların arasında - Riqedron, Qastrolit. Preparat 1 l ilıq qaynanmış suda həll olunur və kiçik qurtumlarla gün ərzində tez-tez içilir. Lakin nəzərə almaq lazımdır ki, bu məhlullar xəstəliyi müalicə etmir. İshalın müalicəsi üçün həkimə müraciət etmək lazımdır.

Əksər hallarda ağır ishal bağırsaqlara infeksiya düşməsinin nəticəsində inkişaf edir. Bu səbəbdən hamilə qadında ağır ishal, qusma, hərarətin artması kimi simptomlar inkişaf etdikdə, dərhal təcili yardım çağırmaq lazımdır. Güclü susuzlaşma yalnız xəstəxana şəraitində xüsusi məhlulların orqanizmə yeridilməsi ilə müalicə olunur.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see858

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see289

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see281

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see279

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see277

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see253

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see240

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see207

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see204

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see196

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see196

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see193

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see192

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see192

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see192

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see186

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see178

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see170

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see165

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri