Icma.az
close
up
RU
Hamiləlik zamanı qarın nahiyəsində AĞRILAR. Təhlükəsi varmı?

Hamiləlik zamanı qarın nahiyəsində AĞRILAR. Təhlükəsi varmı?

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

İlk üç ayda qarın nahiyəsində baş verən zəif ağrı adətən uşaqlığın böyüməsi ilə müşahidə olunur: uşaqlığın kiçik çanaq boşluğuna bağlandığı liflər dartılmağa başlayırlar.

6-8 həftəyə qədər olan ağrı və qanaxmalara həmçinin uşaqlıq xaricində olan hamiləlik də səbəb ola bilər. Xoşagəlməz hisslər məşq sancılarından irəli gələ bilər.

Hamiləliyin 38-ci həftəsindən sonra qarın nahiyəsində olan ağrılar digər doğuş əlamətləri ilə yanaşı doğuş sancılarını yaxınlaşdığını göstərir. Hamiləliyin istənilən müddətində güclü, sancıvari ağrılar, qanaxma – uşaq salma və ya vaxtından əvvəl ciftin (plasentanın) qopması təhlükəsinin əlamətləridir və onlar təcili olaraq həkimə müraciət edilməli olduğunu göstərir.

Qarın nahiyəsində ağrıların başqa səbəbləri

Qarın ağrısı, məsələn, qəbizlik və ya mədə-bağırsaq yolunda olan daha ciddi pozuntular – bağırsaq keçilməzliyi və spazm (lakin bu ağrı uşaqlıqda deyil, bağırsaq nahiyəsində olacaq və sancıvari deyil, daimi olacaqdır) nəticəsində də yarana bilər. Ağrının səbəbi həm də kəskin və xroniki xəstəliklər də ola bilər – məsələn, sidik yolunda daşlar, pielonefrit, pankreatit, appendiks (kor bağırsağın) iltihabı, və bu xəstəliklər də həkimə müraciət etməyi tələb edir.

Hansı əlamətlər ağırlaşmaların olduğunu göstərir?

Güclü ağrının və ya qanaxmanın olduğu bütün hallarda – mütləq həkimə müraciət etmək lazımdır. Qanaxma xorionun və ya ciftin (plasentanın) qopmasının və uşaqsalmanın başlanma əlaməti ola bilər.

Bəzən qan ifrazatları hamilə qadınların uşaqlıq boynunun eroziyası və ya sersiviti (uşaqlıq boynunun selikli qişasının iltihabı) olan zaman cinsi əlaqəyə girmələri nəticəsində əmələ gələ bilər, lakin əsl səbəbi ancaq həkim müəyyən edə bilər.

Uşaqlıq xaricində olan hamiləlik adətən hamiləliyin 6-12 həftəsində, bəzən də daha gec ağrı və qanaxma əmələ gətirə bilər.

Məşq sancıları ağrılı ola bilərmi?

Bu qadının ağrıya qarşı olan fərdi həssaslığından, “ağrıya dözə bilmə həddindən” asılıdır. Məşq sancıları həqiqətən də bəzi qadınlar üçün ağrılı ola bilər – bu halda həkim yüngülvari sakitləşdirici vasitələr tövsiyə edə bilər.

Brekston-Hiks sancıları adətən qısa müddətli olur, qadın rahat olduqda və ya daha rahat vəziyyətə keçdikdə onlar yox olurlar və yuxuya mane olmurlar.

Əgər ağrılar güclü və daimidirsə - bu çox güman ki, uşaqlığın hipertonusundan və ya “patoloji preliminar müddət” adlandırılan - əsəbi və emosional cəhətdən qeyri-sabit qadınlarda doğuşa yaxın vaxtlarda yaranan xüsusi vəziyyətdən xəbər verir. Patoloji preliminar müddət üçün qarının aşağı nahiyəsində və beldə olan ağrılı, tezliyinə görə qeyri-müntəzəm, uzun müddət keçməyən və doğuşa gətirib çıxarmayan sancıvari ağrılar xarakterikdir.  Belə ağrılar 6 saatdan 1-2 sutkayadək davam edir, qadında yorğunluq əmələ gətirir və vaxtından əvvəl suların gəlməsi, doğuş fəaliyyətinin zəifliyi və dölün hipoksiyası ilə təhlükəlidir. Bu halda mütləq təcili tibbi yardım tələb olunur.

Ağrılar USM və ya mamalıq müayinəsindən sonra yarana bilərmi?

Kobud mamalıq müayinəsinin nəticəsində ağrı yarana bilər, lakin, adətən həkim hamilə qadının müayinəsini ehtiyatla etməyə çalışır. Ağrı – uşaqlığın tonusa gəlməsinin və həssas olduğunun əlamətidir. Uşaqlığın tonusunu mama müayinə (palpasiya) zamanı müəyyən edə bilər – bu halda istənilən kiçik bir təsir olduqda, o cümlədən USM aparatının ölçü cihazından uşaqlığın yığılmaları meydana gələcəkdir. Uşaqlığın tonusda olması zamanı vaginal müayinə ağrı əmələ gətirə bilər. Əgər uşaqlığın tonusu yüksək deyilsə və müayinə ehtiyatla görülürsə - xoşagəlməz hisslər olmamalıdır və ultrasəs müayinəsi də onları əmələ gətirməyəcəkdir.

Ağrının təhlükəli olmadığını necə müəyyən etmək olar?

Əgər xoşagəlməz hisslər uşaqlığın yan nahiyələrində arabir sancmalar ilə məhdudlaşırsa, hərdən bir yaranırsa və fiziki yüklənmələr ilə bağlı deyilsə - bu uşaqlığı kiçik çanaqda saxlayan liflərin dartıldığını göstərir – bu hisslər hamiləlikdə ağırlaşmaların olmasını göstərmir.

Normada qadında menstruasiyalar zamanı olan hisslər (dartılan, sancıvari ağrı), qarının aşağı nahiyəsində daimi sızıldayan ağrılar və ya axşama yaxın və ya istirahət zamanı, fiziki yüklənmədən sonra yaranan “sıxılan topacıq” hissləri müşahidə olunmamalıdır – bunların hamısı uşaqsalma təhlükəsinin olduğunu göstərir.

Mənbə: Ginekoloq.az

,

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri