Icma.az
close
up
RU
Hansı avtomobillərə AI 95 vurmaq mütləqdir? AÇIQLAMA

Hansı avtomobillərə AI 95 vurmaq mütləqdir? AÇIQLAMA

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

İsti havalarda avtomobilin mühərrikinə düşən yük artdıqca, sürücülər yanacaq seçiminə daha çox diqqət yetirməli olurlar. Yay aylarında temperaturun yüksəlməsi yanacağın vaxtından əvvəl alışması riskini yaradır ki, bu da birbaşa mühərrikin ömrünə təsir edir.
Məsələ ilə bağlı avtomobil eksperti Razil Nağıyev Demokrat.az-a bildirib ki, yay aylarında Aİ-95 benzinin tövsiyə olunmasının əsas səbəbi yüksək hava temperaturunda mühərrikin daha stabil və təhlükəsiz işləməsini təmin etməsidir:
"İsti havalarda mühərrik daha çox qızdığı üçün silindr daxilində yanacaq hava qarışığının vaxtından əvvəl alışması, yəni detonasiya riski artır. Aİ-95 benzinin oktan göstəricisi daha yüksək olduğuna görə yüksək temperatur və sıxılmaya qarşı daha davamlı olur və bu da mühərrikin daha stabil işləməsinə kömək edir".
Ekspert deyib ki, xüsusilə turbo və yüksək təzyiqli mühərriklərdə Aİ-95 istifadəsi detonasiya riskini azaldır, mühərrik gücünün daha stabil qalmasına kömək edir və mühərrik detallarına düşən yükü minimuma endirir:
"Qış aylarında isə mühərrikin işləmə temperaturu nisbətən aşağı olduğuna görə detonasiya riski azalır və bəzi avtomobillərdə Aİ-92 ilə ciddi fərq hiss olunmaya bilər. Lakin əsas məsələ mövsüm deyil, istehsalçının tələb etdiyi oktan göstəricisidir. Əgər avtomobil üçün minimum Aİ-95 nəzərdə tutulubsa, yay və ya qış olmasından asılı olmayaraq həmin yanacaqdan istifadə etmək daha düzgün hesab olunur",- deyə o qeyd edib.
Yəni havaların isti və ya soyuq olmasından asılı olmayaraq, avtomobilə hər zaman zavodun tələb etdiyi benzini vurmaq lazımdır, sadəcə yayda aşağı oktanlı yanacaq mühərriki daha tez sıradan çıxara bilər.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 May 2026 22:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri