Icma.az
close
up
RU
Hansı insanlar narahatlığa və depressiyaya daha çox meyllidir?

Hansı insanlar narahatlığa və depressiyaya daha çox meyllidir?

Icma.az bildirir, News24 portalına istinadən.

Norveçin Təbiət və Texniki Elmlər Universitetinin alimləri müəyyən ediblər ki, yeniyetmə dövründə tənhalıq və zəif psixoloji dayanıqlığın birləşməsi gələcəkdə narahatlıq və depressiya riskini əhəmiyyətli dərəcədə artırır. 

News24.az xəbər verir ki, bu barədə elmi məqalə "Social Psychiatry and Psychiatric Epidemiology" (SPPE) jurnalında dərc olunub.

Psixoloji dayanıqlıq insanın çətinliklər və emosional yüklənmələrlə mübarizə aparmaq qabiliyyətidir. Yeniyetmələrdə bu dayanıqlıq aşağı olduqda, onlar stress vəziyyətlərinə daha çətin uyğunlaşırlar və tənhalıq vəziyyəti vəziyyəti daha da ağırlaşdırır.

Tədqiqatın müəllifi, Norveç Universitetinin İctimai səhiyyə və tibb bacılığı kafedrasının doktorantı Nayan Dipak Parlikar bildirib:

“Biz tənhalığın yeniyetməlik dövründə — təkbaşına və zəif psixoloji dayanıqlıqla birlikdə — yetkinlik yaşında psixi sağlamlığa necə təsir etdiyini təhlil etdik”.

Araşdırmanın nəticələri göstərib ki, həm tənhalıq, həm də zəif stressə dözümlülük yaşayan yeniyetmələr xüsusilə həssas qrup hesab olunurlar. Yalnız bir faktorla üzləşən yeniyetmələrlə müqayisədə, bu iki amili eyni anda yaşayanların depressiya və narahatlıq pozuntularına tutulma riski əhəmiyyətli dərəcədə yüksəkdir.

Parlikar əlavə edib: “Məlumatlarımız göstərir ki, belə yeniyetmələrin erkən mərhələdə müəyyən edilməsi və onlara tez müdaxilə olunması son dərəcə vacibdir”.

Alimlər profilaktika məqsədilə məktəblərdə sosial bacarıqların və psixoloji dayanıqlığın inkişafına yönəlmiş proqramların tətbiq olunmasını təklif edirlər. Bundan əlavə, yeniyetmələrə uyğunlaşdırılmış koqnitiv-davranış terapiyası kimi psixoterapevtik yanaşmalar da tövsiyə olunur./hit

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://news24.az
archiveBu xəbər 05 İyul 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri