Icma.az
close
up
RU
Hansı yeməklər təkrar qızdırıldıqda əsl zəhərə çevrilir?

Hansı yeməklər təkrar qızdırıldıqda əsl zəhərə çevrilir?

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bəzi məhsullar təkrar qızdırıldıqda yalnız dad və faydalı xüsusiyyətlərini itirmir, həm də orqanizm üçün toksik ola bilər. Bu, qızdırma zamanı məhsullarda baş verən kimyəvi dəyişikliklərlə bağlıdır.

Lent.az bu yeməkləri təqdim edir:

Təkrar qızdırmaq olmaz sağlamlıq üçün risklidir

Qızardılmış və ya bişmiş kartof. Soyuduqdan və təkrar qızdırıldıqdan sonra kartofda, xüsusilə otaq temperaturunda saxlanılıbsa, Clostridium botulinum bakteriyaları yarana bilər. Həmçinin təkrar istilikdə faydalı maddələr məhv olur, nişastanın quruluşu dəyişir və həzm üçün zərərli hala gəlir.

Bişmiş yumurta və ya omlet: 

Yumurta temperatur dəyişikliyinə çox həssasdır. Təkrar qızdırıldıqda zülalları toksik birləşmələr yarada bilər ki, bu da mədə-bağırsaq pozğunluğuna səbəb olur. Xüsusilə, soyuducuda 24 saatdan çox saxlanmış omleti və ya yumurtanı qızdırmaq təhlükəlidir.

Toyuq əti: 

Toyuq ətindəki zülal təkrar qızdırıldıqda strukturunu dəyişir, bu isə həzmi çətinləşdirir. Əgər ət lazımi soyutma olmadan saxlanılıbsa, salmonella ilə yoluxma riski də artır. Xüsusən qaymaq və bulyon əsaslı souslu yeməklərdə ehtiyatlı olmaq lazımdır.

Göbələk:

Təkrar qızdırıldığında zülal strukturu sürətlə dəyişir və toksik maddələr əmələ gətirir. Bu, zəhərlənmə və allergiyaya səbəb ola bilər. Göbələk yeməklərini ən yaxşısı bişirildiyi kimi təzə-təzə yeməkdir.

Bişmiş düyü:

Düyüdə Bacillus cereus bakteriyası ola bilər. Bu bakteriya bişirmədən sonra sağ qala və otaq temperaturunda sürətlə çoxala bilər. Təkrar qızdırmaq bəzən mikrobları tam öldürmür. Düyünü bişirdikdən dərhal sonra soyutmaq və soyuducuda maksimum 24 saat saxlamaq lazımdır.

İspanaq və çuğundur:

Bu tərəvəzlər nitratla zəngindir. Təkrar qızdırıldıqda nitratlar nitrozaminlərə kanserogen maddələrə çevrilir. Xüsusilə uşaqlar, yaşlılar və həzm sistemi problemi olanlar üçün təhlükəlidir. Onları təzə şəkildə yemək məsləhətdir.

Dəniz məhsulları:

Krevet, kalmar, midiya təkrar qızdırıldıqda həm teksturasını itirir, həm də zülalları toksinlərə parçalanır. Bu, qida zəhərlənməsi və ciddi allergik reaksiyalara səbəb ola bilər.

Zəhərlənməmək üçün yeməkləri necə saxlamaq lazımdır?
Yeməkləri hər zaman +4°C temperaturda soyuducuda saxlayın. Yeməyi otaq temperaturunda 2 saatdan çox saxlamayın. Eyni yeməyi bir dəfədən çox qızdırmayın.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://lent.az
archiveBu xəbər 09 Avqust 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see479

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see368

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see316

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see304

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see267

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see263

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see258

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see258

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see248

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see238

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see233

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see229

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see225

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see220

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see213

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see211

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see202

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see201

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see198

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri