“Haqlı olaraq bizdə belə bir şübhə yaranır ki, Gürcüstan hansısa üçüncü qüvvə ilə əlbir işləyir...”
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
“Azərbaycan rəsmiləri gələcəkdə açılacaq qlobal nəqliyyat yollarından danışır ki, bölgənin, həmçinin Mərkəzi Asiyanın zənginlikləri Gürcüstan üzərindən Qara dənizə adlayıb Avropa bazarlarına daşınsın. Əvəzində bu ölkə bizə qarşı süni əngəllər yaradır...”
“Gürcüstanın bu addımını məntiqlə izah etmək çətindir. Çünki bu ölkənin rəsmiləri sözdə Azərbaycanı straetji tərəfdaş sayırlar. Və elə günü bu gün baş nazirlərinin də bir oxşar açıqlaması var idi. Amma belə açıqlama və bəyanatlarla hazırda Azərbaycan Gürcüstan sərhədində baş verənlər ziddiyyət təşkil edir. Bizim TIR-ları niyə saxlayırsız ki? Biz düşmən dövlət deyilik, müttəfiqik, bizim hesabımıza Gürcüstan da qazanır”.
Bu fikirləri Moderator.az-a açıqlamasında Azərbaycanlı TIR sürücülərinin qonşu ölkənin gömrük postlarında on günlərlə yubadılmasına və əsassız yerə incidilməsinə münasibət bildirən politoloq Elxan Şahinoğlu ifadə edib.
“Azərbaycan rəsmiləri gələcəkdə açılacaq qlobal nəqliyyat yollarından danışır ki, bölgənin, həmçinin Mərkəzi Asiyanın zənginlikləri Gürcüstan üzərindən Qara dənizə adlayıb Avropa bazarlarına daşınsın. Əvəzində bu ölkə bizə qarşı süni əngəllər yaradır. Və çox maraqlıdır ki, hələ Gürcüstan hökuməti Azərbaycan TIR-larının saxlanılması məsələsinə müdaxilə etməyib. Odur ki, haqlı olaraq bizdə belə bir şübhə yaranır ki, qonşu ölkə bu məsələdə hansısa üçüncü qüvvə ilə əlbir işləyir. Çünki hazırda baş verənlər birbaşa Rusiyanın maraqlarına uyğundur. Və nə qədər ki, Gürcüstan hökuməti prosesə müdaxilə etməyib, bu şübhələr də bizdə qalacaq”, - deyə davamında siyasi şərhçi bildirib.
Elxan Şahinoğlu tezliklə Azərbaycan hökumətinin məsələyə ciddi reaksiya verəcəyini də ehtimal edib:
“Yəqin ki, yaxın günlərdə Azərbaycan tərəfindən buna rəsmi reaksiya da bildiriləcək. Əgər bu problem həll olunmasa, sözsüz ki, ciddi bir reaksiya olacaq. Çünki ölkəmizdən mallar Avropaya daşınmalıdır. Azərbaycanın Gürcüstandakı səfiri onsuz da məsələ ilə məşğuldur. Amma hələ problem yerində qalırsa, deməli, hələ səfirliyin səyləri nəticə verməyib. Və dediyim kimi, yaxın vaxtda konkret bir nəticə alınmazsa, düşünürəm ki, Azərbaycan hökumətinin hətta baş nazir səviyyəsində məsələyə müdaxiləsi zəruridir...”
Sultan Laçın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 02 Dekabr 2025 16:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















