Icma.az
close
up
RU
Hasan Oktay: Gərgin proseslər Türkiyə İran münasibətlərini ciddi şəkildə zədələməyib

Hasan Oktay: Gərgin proseslər Türkiyə İran münasibətlərini ciddi şəkildə zədələməyib

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ərdoğanın İran səfəri Pezeşkiana ciddi dəstək kimi qiymətləndiriləcək

Türkiyə-İran münasibətləri bölgənin geosiyasi balansında mühüm yer tutur. İraq və Suriyada yaşanan proseslər tərəflər arasında rəqabəti artırsa da, Ankara və Tehran rəsmi dialoqu davam etdirərək münasibətləri zədələməməyə çalışır. İranda siyasi dəyişiklik cəhdləri və xarici təzyiqlərin artması iki ölkə arasında yeni diplomatik aktivliyi gündəmə gətirib. Bu çərçivədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Tehrana planlaşdırılan səfəri xüsusi əhəmiyyət kəsb edir. İran XİN-in sözçüsü İsmayıl Bəqayi səfərlə bağlı prinsipial anlaşmanın olduğunu və tərəflərin hazırda onun dəqiq tarixi üzərində məsləhətləşdiyini bildirib. 

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay mövzu ilə bağlı Sherg.az-a açıqlamasında cəbhədəki gərgin proseslərin Türkiyə-İran münasibətlərini rəsmi səviyyədə heç vaxt ciddi şəkildə zədələmədiyini vurğulayıb:

"Türkiyə-İran əlaqələri bölgədə diqqətlə izlənilən mühüm münasibətlər kimi qiymətləndirilir. Türkiyə İranla həm qonşudur, həm də regional rəqabət içində olduğu bir dövlətdir. İraq və Suriyadakı inkişaflar İran-Türkiyə rəqabətini açıq şəkildə ortaya qoyur. Türkiyənin 13 ildir Əsədi devirməklə bağlı apardığı mübarizə eyni zamanda İrana qarşı verilmiş bir mübarizə kimi dəyərləndirilir. Lakin cəbhədəki gərgin proseslər Türkiyə-İran münasibətlərini heç vaxt ciddi şəkildə zədələməyib. İraqda keçirilən seçkilər İranın bu ölkəyə birbaşa müdaxiləsi formasında təzahür etməsə də, hazırda İraq üzərində Türkiyə ilə İran arasında güclü rəqabət mövcuddur. Türkiyə İranla İraq və Suriyada rəqabət aparsa da, işğal və ABŞ-nin İrana hücumu məsələsində açıq şəkildə Tehranın yanında yer alır. Bu mürəkkəb situasiyaya baxmayaraq, xarici işlər naziri Hakan Fidan İran səfərini həyata keçirdi, orada mühüm təmaslar qurdu. İkitərəfli görüşlərdən sonra prezident Ərdoğanın da İrana səfər edəcəyi məsələsi gündəmə gətirildi".

Politoloq İrana xarici təzyiqlərin artması səbəbilə bu ölkənin müttəfiq axtarışının, Ankaranın Tehran məsələsindəki mövqeyi və yanaşmasının Türkiyə-İran münasibətlərini daha da inkişaf etdirəcəyini qeyd edib:

"İran prezidenti İbrahim Rəisinin ölümündən sonra seçki ilə hakimiyyətə gələn yeni prezident həm İranda strateji dəyişiklik və transformasiya aparmağa çalışır, həm də xarici siyasətdə təşəbbüs əldə etməyə can atır. İranda ikili idarəetmə sistemi mövcud olduğuna görə seçilmiş prezidentin səlahiyyətləri xeyli məhdudlaşdırılır. Dini liderin ölkədə hər sahədə söz sahibi olması bu ikili idarəçilik arasında ciddi problemlər yaradırdı. İbrahim Rəisinin ölümü və 12 günlük İsrail-İran müharibəsi İranda dəyişimin qarşısını açdı. Prezident bir tərəfdən daxili siyasəti, digər tərəfdən xarici siyasəti nəzarət altına almağa çalışarkən, Ərdoğanın İran səfəri Pezeşkiana ciddi dəstək kimi qiymətləndiriləcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Dekabr 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri