Icma.az
close
up
RU
Anım Günü ilə əlaqədar Türkiyənin Hatay və Kahramanmaraş şəhərlərində görüşlər keçirilib

Anım Günü ilə əlaqədar Türkiyənin Hatay və Kahramanmaraş şəhərlərində görüşlər keçirilib

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 1 oktyabr, AZƏRTAC

27 Sentyabr – Anım Günü ilə əlaqədar Türkiyədə səfərdə olan Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Hatay və Kahramanmaraş şəhərlərində bir sıra rəsmi görüşlər keçirib.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Hatay vilayətinin Payas rayonunda kaymakam Kürşad Karaca və Payas Bələdiyyəsinin sədri Bekir Altanla görüşdə Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin möhkəmlənməsi istiqamətində fikir mübadiləsi aparılıb. Payas şəhərindəki küçələrdən birinə "27 Sentyabr", parklardan birinə isə "Zəfər" adının verilməsi təşəbbüsü irəli sürülüb. Təklif müsbət qarşılanaraq Bələdiyyə Məclisinin gündəliyinə daxil edilib.

Nümayəndə heyətinin növbəti görüşləri Kahramanmaraş valisi Mükerrem Ünlüer, Böyükşəhər Bələdiyyəsinin sədri Fırat Görgel və Sütçü İmam Universitetinin rektoru professor Alptekin Yasım ilə olub. Görüşlərdə Azərbaycan nümayəndə heyətinin səfərindən məmnunluq ifadə olunub, xüsusilə Kahramanmaraşda baş vermiş zəlzələdən sonra Azərbaycanın göstərdiyi qardaş dəstəyi yüksək qiymətləndirilib.

Azərbaycanın və Türkiyənin “Bir millət, iki dövlət” prinsipi əsasında hər zaman bir-birinin yanında olduğu vurğulanıb. Xüsusilə cari ilin iyununda Kahramanmaraşda Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “Azərbaycan” məhəlləsinin, Heydər Əliyev adına məktəbin açılışının və Azərbaycan Mədəniyyət Mərkəzinin təməlqoyma mərasimlərinin keçirilməsi qardaşlıq münasibətlərinin bariz nümunəsi kimi dəyərləndirilib.

Görüşlərin sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:50
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Oktyabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see237

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see199

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see177

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see162

Energetik içkilərlə bağlı şok xəbərdarlıq: kor edə bilər

30 Dekabr 2025 09:06see159

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see153

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see148

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see144

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see142

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see141

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see140

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see135

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see133

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see130

Əfqanıstanlı kişi Britaniya xəstəxanasında 5 nəfəri yaraladı

31 Dekabr 2025 06:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri