Icma.az
close
up
RU
Hava ilə bağlı TƏHLÜKƏ “Özünüzü qorumasanız, bu problemlər yarana bilər”

Hava ilə bağlı TƏHLÜKƏ “Özünüzü qorumasanız, bu problemlər yarana bilər”

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Payızda havalar tez-tez dəyişir. Bu isə insanların psixologiyasına ciddi təsir edir. Hətta havanın dəyişkənliyini bəzi adamlar özlərinə problem edirlər.
“İsti geyinim?”, “zontik götürüm?” və digər suallar payız günlərində insanları əməlli-başlı yorur. Bu cür “qayğılar” hətta bəzi insanların depressiyaya düşməsinə səbəb olur.
Havanın insan psixologiyasına təsiri müxtəlifdir.
Məsələn isti hava insanlarda qəzəbin artmasına səbəb ola bilər. Buludlu və yağışlı hava kədərli əhval-ruhiyyəyə səbəb olur.  Havanın sürətli dəyişməsi insanların uyğunlaşmasını çətinləşdirən bir haldır. Təsadüfi deyil ki, depressiya daha çox payız və qış aylarında olur”.
Bunu Bizim.Media ilə söhbətində psixoloq Gülnar Orucova deyib.
O qeyd edib ki, fəsli, melanxolik, xroniki və distimi depressiya növləri var:
“Ümumilikdə isə insanlar daha çox payız aylarında depressiyaya düşürlər. Buna fəsli depressiya deyilir. Payız depressiyası bəzən gizli gedir. Bunun bir başqa adı isə distimi depressiyadır. Gizli depressiyaya tutulan insanların əhvalı iki gün yaxşı, bir gün pis olur. Bu beləcə dövr edir. Bəzən bu uzun müddət çəkir. Ona görə də insanlar depressiyadan nə zaman çıxdıqlarının fərqində olmur. Distimi depressiya isə üç ilə qədər davam edə bilir. Bu depressiyaya düşən insanların psixoloqa və yaxud psixoterapevtə müraciət etməsi vacibdir”.
Psixoloq əlavə edib ki, hava ilə bağlı depressiyası insanda hormonal və fiziki dəyişiklərə də yol açır:
“Dəyişkən havadan xoşu gəlməyən insanlar aktiv fəaliyyətdən qalırlar. Onlarda yaşama həvəsi aşağı düşür. Aqressivlik güclənir və səbirsiz olurlar. Belə insanların TH səviyyəsi də anidən qalxıb enə bilər. Arzuolunmayan havadan yorulan insanlar daha çox evə qapanırlar. Bu zaman onlarda iştahsızlıq və yuxusuzluq sürətli çəki itkisinə gətirib çıxara bilir. Nəticədə mədə-bağırsaq xəstəlikləri, həzm kanalında problemlər yaranma ehtimalı artır”.
Müsahibimiz hesab edir ki, depressiyadan qurtulmağın ən asan yolu sosiallaşmaqdır:
“Sevdiyi və hörmət etdiyi insanlarla eyni ortamı bölüşəndə adam onlardan müsbət enerji alır. Nəticədə həmin insanda həyat eşqi güclənir. Həyat eşqi güclü olan insanlar isə əsasən depressiyadan uzaq olurlar. İstənilən hava şəraitində belə insanlar zövq almağa nəsə tapırlar”.
Surxay Atakişiyev, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://bizim.media
archiveBu xəbər 03 Oktyabr 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri