Icma.az
close
up
RU
Hava ilə bağlı yeni xəbərdarlıq Yaxın 20 gündə…

Hava ilə bağlı yeni xəbərdarlıq Yaxın 20 gündə…

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

Azərbaycanda iyul ayının birinci yarısında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Digər tərəfdən, bundan öncə səsləndirilən proqnozlarda yayın kəskin isti və quraq keçəcəyi bildirilirdi. Lakin gözləntilərin əksinə olaraq, hava sərin və dəyişkən xarakter alıb. Bu vəziyyət vətəndaşlarda çaşqınlıq yaradıb.

 Yay aylarının belə sərin keçməsi normaldırmı, yoxsa iqlim anomaliyası ilə üz-üzəyik?

AZXEBER.COM xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan ekoloq Ənvər Əliyev hazırkı durumu normal hesab edib:

"30-40, hətta 50 ildən bir Bakıda yay havası dəyişir. Quraq dövrdən fərqli olaraq, bizi yağıntılı, sonra sərin hava gözləyir. Bu, təbiətin qanunauyğunluğudur və belə dəyişikliklər mümkündür.

Təbii qanunlar pozulmadığı müddətdə proses davam edir. Statistika göstərir ki, Azərbaycanda yazın sonu və yayda daha çox yağış yağır. Bəzən yağıntılar normadan çox olsa da, ümumi olaraq bu, anomaliya sayılmır. Ölkəmizin yerləşdiyi region subtropik və mülayim qurşaqların kəsişməsindədir. Artıq ikinci ildir ki, yağıntılı dövr başlayıb, çaylarımız bu səbəbdən fantastik dərəcədə daşır, dağlarda qar xətti aşağı enir və böyük qar ehtiyatları yığılır”.

Ekoloqun sözlərinə görə, mövcud hava şəraiti bir həftə, bəzən 10-20 gün davam edə bilər:

"Biz təbiətə uyğunlaşmaq məcburiyyətindəyik. Dünyada inkişaf etmiş ölkələr texnika və elmdən istifadə edərək onun təsirini minimuma endirməyə çalışırlar. Artıq insanların təbiətə "yalvarış dövrü” bitib. Kənd təsərrüfatında texnika operativ işləyirsə, taxıl yığımı vaxtında həyata keçirilirsə, problem olmayacaq. Ən önəmlisi heyvandarlıq üçün yem bazasının qənaətbəxş olmasıdır. Yağıntılı dövrdə ehtiyatlar çox olur və bu, fermerlər üçün faydalıdır. Təbii ki, məsuliyyətsiz və qeyri-normal təsərrüfat aparanlar ziyan görə bilər. Özümüzü təbiətin təsirindən sığortalamalı, əhalinin dolanışığını təmin etməliyik”.

İqlimşünas Məhərrəm Mehdiyev bildirib ki, iqlim anomaliyası ilə bağlı ciddi problem yoxdur:

"Amma gələcəkdə nə olacağını bilmirik. Alimlərin proqnozlarına görə, buzlaşma dövrü artıq bitib, indi istiləşmə dövründəyik. Onların fikrincə, 2050-ci ilə qədər heç bir tədbir görülməsə, temperatur dörd dərəcəyə qədər yüksələcək, yenidən buzlaşma mərhələsi başlayacaq.

Proqnozlar isə yalnız ehtimallardır. Heç kim dəqiq söz deyə bilməz. Hidrometeorologiya xidmətinin mütəxəssisləri, adətən Türkiyə, Rusiya, Orta Asiya və Avropa ölkələrinə baxır, küləyin istiqaməti, temperatur və buludların hərəkəti əsasında maksimum dəqiqliklə 3 günlük proqnoz verirlər. Bunlar 95 faiz düz çıxsa da, 10 günlük proqnozlarda ehtimallar azalır”.

Ekspert deyib ki, 1 ay və daha uzun müddətli proqnozlara tam inanmaq olmaz:

"Hər şey Allahın əlindədir. Hava birdən dəyişə bilər və belə hallardan heç kim sığortalanmayıb”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 02 İyul 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri