Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Hayların gözlədikləri və qorxduqları QLOBAL TƏHLÜKƏ

Hayların gözlədikləri və qorxduqları QLOBAL TƏHLÜKƏ

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İsrailin məhz məntiqi şəkildə, özü də ədalətli olaraq Azərbaycanı bütün müstəvilərdə müdafiə etməsi hər zaman hayları yamanca "incitdiyini" yaxşı bilirik. Onu da bilirik ki, indi Ağ Ev "sahibinin" dəyişməsi, Trampın hakimiyyəti əlinə alması və onunla İsrail prezidenti Netanyahu arasındakı "münasibətlər" fonunda isə ermənilər ümumiyyətlə, yuxularını qarışdırmalı olublar. Hər bir erməni indi belə düşünür ki, İsrail prezidenti Trampın gözündə Azərbaycanı hər cür şəkildə müdafiə edəcək və bundan sonra əlləri Amerikadan da üzüləcək. Daha dəqiq desək, ermənilər artıq bu vəziyyəti qlobal təhlükə hesab edirlər və buna görə də qorxu içərisində yaşayırlar.

Qlobal miqyasda olan dəyişiklikləri, bəzi tandemləri, dünya ölkələrinin Azərbaycana olan marağını haylar özləri üçün qlobal fəlakət hesab edirlər

Yeddilik Qrupu, Böyük Yeddilik ölkələri İranın nüvə silahı əldə etməsinin qarşısını almaqda qərarlı və israrlı olduqlarını bir daha təsdiqləməklə də elə bil ki, Ermənistanın "başına daş düşmüş" oldu. Bəli, həqiqətən də haqqında qeyd olunan Yeddilik Qrupunun İtaliyada keçirilən məhz nazirlərin görüşünün yekunlarına dair bəyanatında bu barədə qeyd olunur və bu, əslində, çox doğru bir bəyanatdır. Hansısa ölkənin, özü də İran kimi "ipinin üstünə yük qoyula bilməyən" bir ölkənin nüvə silahlarının inkişaf tempinin qarşısının alınmasından humanist, doğru və məntiqi qərar ola bilməz. Amma hər zaman, hər daim olduğu kimi, yenə də humanist bir qərar erməniləri bərk narahat etmiş olub. Çünki onlar lap elə dövlət səviyyəsində belə humanizmin deyil, vəhşiliyin tərəfdarı olublar və bu dəfə də ortada eyni münasibət özünü biruzə verir.

Məsələ burasındadır ki, bu dəfə həm də "öz ağrıları" da işin içərisinə qatılıb deyə daha "ciddi reaksiya" verməkdədirlər. Hazırda erməni cəmiyyətində bir rezonansın olduğunu müşahidə etməyimiz də məhz bu reaksiyanın təzahürüdür. Çünki ermənilər yaxşı bilirlər ki, istənilən anda onlar meydanda tək qala bilərlər və qanunsuzluqlarının, cinayətkar əməllərinin fonunda bunun reallığa çevrilməsi tamamilə mümkündür. Yəni, haylar bilirlər ki, törətdikləri əməllərə görə onlardan nə zamansa bütün dünya "uzaq durmağa" çalışacaq və heç bir ölkə, heç bir xalq hayları yaxına belə buraxmayacaq, dünyada da onları müdafiə edəcək "qüvvə" bir zaman qətiyyən tapılmayacaq. Belə olan halın da onlar üçün hansı fəlakətlər demək olduğunu yəqin ki, özləri hamıdan qabaq düşünüblər və təsəvvürlərinə gətirirlər nə zamansa belə bir vəziyyətdə qalacaqlarını. Bir sözlə, haylar qlobal miqyasda baş verənləri, dəyişiklikləri, bəzi tandemləri, ələlxüsus da dünya ölkələrinin Azərbaycana olan marağını, ölkəmizlə əlaqələrə dəyər verməsini özləri üçün qlobal fəlakət hesab edirlər. İndi ən adi bir ermənini də bir sual narahat edir ki, görəsən, Netanyahu-Tramp tandemi Ermənistan üçün təhlükədirmi? Haylar içərisində bu tandemin olduğunu düşünənlər özləri qlobal təhlükə barədə, düşə biləcəkləri acınacaqlı vəziyyət haqda davamlı şəkildə proqnizlar verirlər və bəlkə də həqiqətən də belədir, onlar öz fəlakətlərini özləri görə bilirlər...

Ermənistan özünü Amerikanın qulu, nökəri hesab edir, yoxsa İranın dostu sayır?

G7 ölkələrinin nazirləri haqlı olaraq, diplomatiyanı məhz İranla bağlı olan "bu problemi həll etmək üçün ən yaxşı vasitə" adlandırıblar. Amma bu da hayları bərk qıcıqlandırıb. Onlar daş atıb başlarını tuturlar ki, bəs niyə, nəyə görə 45 ildir ABŞ İrana qarşı sanksiyalar tətbiq edir? Dərhal belə bir sual ortaya çıxır ki, İrana qarşı olan sanksiyanın Ermənistana, ermənilərə nə aidiyyatı var ki, belə "əsməcəyə" düşüblər? Bir tərəfdən də axı İrana qarşı hansısa ticari, iqtisadi məsələlərə görə sanksiya barədə danışılmır ki, Ermənistan da "yuyulmamış qaşıq kimi" ortaya atılsın. Fakt bundan ibarətdir ki, nüvə silahlanması məsələsi bütün dünyanı narahat edən məsələdir və əgər amerikalılar bu mənada İranı "sıxışdırırlarsa" nəinki doğru addım atırlar, hətta bəşəriyyət üçün böyük iş görürlər deyə bilərik. Söhbət elə bir ölkədən gedir ki, ABŞ adında həmin ölkə İrana olan münasibəti fonunda Ermənistanla bağlı heç bir iddia da irəli sürmür və iki bacının yaxın münasibətdə olması fonunda belə amerikalıların ermənilərlə qətiyyən "işi yoxdur" axı.

Bu məqamda onu da xatırlatmaq istərdik ki, ermənilər hələ bir utanmadan Amerikanın Ermənistana daim kömək əlini uzatdığını da bildirirlər. Bununla yanaşı bəyan da edirlər ki, bəs İran da öz növbəsində Ermənistana "etibarlı qonşu" və eləcə də "sadiq" olub. Yaxşı, bütün bunların fonunda indi haylar nə qənaətdədirlər, amerikalılar barədə nə düşünürlər və birdən-birə tamamilə "tərs dönmək" hardan ağıllarına gəldi? Maraqlıdır, indi haylar Amerikanı özlərinə "dost" hesab edirlər, yoxsa "düşmən" bəlləyiblər? Bu məqamda "Ələddinin sehrli çırağı" filmində çırağın qulu olaraq, döst saydığı Ələddini öldürmək tapşırığı alan cinə onun tərəfindən verilən sual, "sən dostsan, yoxsa qul" sualı düz yerinə düşür və erməni cəmiyyətinə də bu sualın ünvanlanması tamamilə məntiqidir. Görəsən, həqiqətən də aldıqları iyanələr, yardımlar müqabilində, qarşılığında Ermənistan özünü Amerikanın qulu, nökəri hesab edir, yoxsa haqqında "etibarlı qonşu" və eləcə də "sadiq" olduğunu bildirdiyi İranın dostu sayır? Hər halda, söhbət haylardan, erməni xislətindən gedirsə, bizə bu suala cavab vermək olduqca qəliz görünür. Çünki haylar istənilən anda dost kimi də özlərini göstərə bilirlər, düşmən kimi də davranmaqda qətiyyən çətinlik çəkmirlər. Məhz öz xislətlərinə uyğun şəkildə elə də ola bilirlər, belə də və məhz buna görə də qoy bu suala elə özləri cavab axtarsınlar, özləri də cavab versinlər...

Amerika tərəfinin İranla bağlı mövqeyi hayları bərk narahat edir

Həqiqətən də haylar qorxduqlarını açıq şəkildə etiraf edirlər və məhz İranla bağlı Amerika tərəfinin nə düşündüyünün belə onları narahat etdiyi göz önündədir. İndi ermənilər elə düşünürlər ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası İranı məhv etmək üçün ona "maksimum təzyiq" planı hazırlayıb. Hətta bu barədə bir qədər əvvəl "Financial Times" kimi bir nəşrin məlumat yaymasını da əsas gətirərək tamam narahat olublar. Xüsusən də nəşrin mənbəyinin sözləri, daha dəqiq desək, Trampın yeni administrasiyasının məhz İranı iflasa aparmağı hədəfləməsi iddiası hayları lap qıcıqlandırıb. İndi ermənilər belə hesab edirlər ki, Ağ Evin bu şəkildə yanaşması və mövqeyi Tehranın öz nüvə silahlarının inkişaf tempini qeyri-mümkün edəcək və ya yavaşladacaq. Yaxşı, bəs hayların qarınlarının ağrısı nədir və bunun onlara nə aidiyyəti var ki, beləcə narahatdırlar? Sözsüz ki, narahatlıqları heç də səbəbsiz deyil və ən azından hayların öz ağılları, öz rakursları ilə bu onlar üçün də arzuolunmaz hesab oluna bilərmiş.

Haylar belə hesab edirlər ki, Trampın xarici siyasət komandası məhz bundan sonra İrana qarşı sanksiyaları gücləndirməyə çalışacaq. Hətta düşünürlər ki, onlar neft ixracına da "müraciət" edəcəklər. Ermənilər hesab edirlər ki, bu şəkildə olan plan ABŞ-ın xarici siyasətində dəyişiklikdir. Xatırladaq ki, Tramp seçki kampaniyası zamanı belə dəfələrlə dünyada müharibələri dayandıracağını vurğulamışdı. O, İranla razılaşmadan da bəhs etdiyini xatırlayırıq. Bəli, Trampın seçki kampaniyası zamanı verdiyi vədlərinin doğru olub-olmayacağından da hayların qorxmaları məntiqidir, çünki onlar verdikləri vədə heç zaman özlərinin əməl etməmələri fonunda başqalarına da şübhə ilə yanaşmalı idilər və hər zaman belə də olur. Necə deyərlər, xain xoflu olar və indi erməni xofu da bundan qaynaqlanır. Haylar artıq belə zənn edirlər ki, hadisələrin inkişafı heç də Ermənistanın xeyrinə olmaya bilər. Maraqlıdır, "xeyir" dedikdə bu toplum nəyi nəzərdə tutur? Bəlkə, qonşu ölkələrin torpaqlarına iddialı olmalarına dəstək verilməsini haylar xeyir hesab edirlər? Yaxud, Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən İran kimi bir ölkənin bundan sonra da nüvə silahı istehsalını genişləndirərək, dünyaya meydan oxumasını, özlərinin "dost" və ya "kiçik bacı" saydıqlarına ədalətsiz, haqsız şəkildə dəstək olmasını, işğalçılığa rəvac verməsini yoxsa xeyir hesab edirlər? Bu toplumun onsuz da xeyir barədə anlayışı məhz İrandan başqa dünyanın heç bir yerində olan xeyir anlayışı ilə üst-üstə düşmür və görünür elə buna görə də həmin o "bacılar" bir-birilərinin yanındadırlar...

Dünyanın bir çox ölkələri ilə Azərbaycanın münasibətlərinin yüksələn xətt üzrə inkişaf etməkdə olduğunu haylar həzm edə bilmirlə

İsrailin, digər sahələrdə olduğu kimi, Azərbaycanla ilk növbədə hərbi-texniki sahədə də ən yaxın münasibətlərə malik olmasını belə ermənilər "həzm edə" bilmirlər. Həm də bu münasibətlərin tempinin azalmadığı da hayların böğazında "kal armuda" çevrilib. Məhz İsrail kimi bir ölkənin Azərbaycanla münasibətlərdə maraqlı olması Ermənistanda bərk qıcıq doğurur və bu münasibətlərin davamlı xarakter almasından hayların çox narahat olduqları da hər zaman özünü göstərir. Elə indi də eyni şəkildə narahatçılıqları ortadadır. Bu toplum hətta iddia edir ki, İsrail məhz Türkiyəyə olan münasibətindən də üstün şəkildə Azərbaycana yanaşır. Elə ona görə də haylar qorxuya düşüblər ki, bu dəfə İsrail Trampın gözündə Azərbaycanı hər cür müdafiə edəcək. Bax elə bu qorxu onları qətiyyən rahat buraxmır və görünür, hələ bundan sonra lap yuxularını da qarışdırmalı olacaqlar, çünki Azərbaycanın təkcə İsraillə deyil, dünyanın bir çox ölkələri ilə münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir və dünya ölkələrinin əksəriyyəti ölkəmizlə, bizimlə yaxın münasibətdə, əməkdaşlıq və tərəfdaşlıq münasibətində belə olmağa böyük maraq göstərirlər.

Ermənilərin hansısa ümidverici gözləntiləri yoxdur, əksinə, yuxularını qarışdıran qorxuları var

Baxmayaraq ki, həqiqətən də Senatda və Konqresdə Ermənistanın çoxlu sayda "dostları" var və onlar da haqqa, ədalətə məhəl belə qoymadan işğalçıları müdafiə etmək, seçki kampaniyası zamanı təşkilatlanmış hayların "zərərindən" özlərini sığortalamaq üçün erməniləri müdafiə etmək ənənələrinə sadiqdirlər, yenə də erməni cəmiyyəti "rahat" ola bilmir. Ona görə rahat ola bilmir ki, öz "dostlarının" məhz Azərbaycanın iradəsinə təsir edə bilmədiklərinin əyani şahidi olublar. Təkcə ABŞ kimi bir ölkədə yox, lap elə Fransadakı "dostlarının" da rəsmi Bakıya qarşı heç bir şəkildə təzyiq və təhdid imkankarının olmadığını da görüblər, yetərincə təcrübələri də var. Elə 44 günlük müharibə dönəmində, məhz 2020-ci ilin payızında ərazilərimizin işğaldan azad olunması, qanunsuz silahlılardan ərazilərimizi təmizləmək uğrunda olan müharibə zamanı ermənilər öz "dostlarının" hamısının məhz Azərbaycanın önündə necə "gücsüz" olduğunu gördülər. Xüsusən də haylar onu da nəzərə alırlar ki, bütün bunlar həm Baydenin hakimiyyəti dövründə, həm Trampın əvvəlki prezidentlik müddətində baş verib və deməli, indi də nəyə isə ümid etmələri mənasızdır. Çünki ölkəmizin, Azərbaycanın öz haqlı mübarizəsinin, ədalətli mövqeyinin fonunda, dövlətimizin dəyişməz strategiyası və dövlət başçımızın siyasi iradəsi, qətiyyəti fonunda hayların "doslarının" gücsüz, eləcə də təsirsiz olduğunu özləri yaxşıca görüblər və indi də onlara hansısa ümidverici gözləntiləri yoxdur, əksinə, yuxularını qarışdıran qorxuları var. Ələlxüsus da məhz indi, Netanyahu-Tramp tandemi olduğunu düşünən ermənilər həmişəkindən də daha çox "sıxıntı" keçirirlər və dəhşətli faciə ilə qarşılaşa biləcəkləri qorxusu altındadırlar. Bir növ, ermənilər mövcud vəziyyəti özləri üçün hətta qlobal fəlakət sayırlar və bəlkə də bu mənada haqlıdırlar, çünki nə zamansa bəd əməllərinin və niyyətlərinin öz başlarında çatlayacağı qorxusu tamamilə məntiqidir...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Dekabr 2024 21:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see475

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see380

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see374

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see333

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see316

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see287

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see287

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see282

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see198

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see162

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see162

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see161

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see151

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see136

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see133

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri