Icma.az
close
up
RU
Həbsdə olan tibbi xidmət rəisi məhkəmədə: Orduya yararlı olduqları halda.. KONKRET

Həbsdə olan tibbi xidmət rəisi məhkəmədə: Orduya yararlı olduqları halda.. KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin (TTM) Tibb Xidmətinin sabiq rəisi, mayor Şahin Quliyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

KONKRET.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.

Sonra ittiham aktının nəticəvi hissəsi elan edilib.

İttihama görə, Ş.Quliyev orduya müddətdən artıq hərbi qulluqçuların qəbulu ilə bağlı həkim komissiyasının sədri vəzifəsində olarkən bu xidmətə qəbul olmaq üçün müraciət edən şəxslərdən rüşvət istəyib. O, digər zabitlərlə əlbir olaraq həmin şəxslərdən müxtəlif məbləğlərdə rüşvət alıb.

İttiham aktına əsasən, ümumilikdə MAXE kimi orduya qəbul olmaq istəyən 14 nəfər digər şəxslər vasitəsilə xidmət rəisinə rüşvət verib.

İttihama münasibət bildirən Ş.Quliyev özünü qismən təqsirli bilib. Məhkəmə sərbəst ifadə vermək üçün Ş.Quliyevə söz verib. Təqsirləndirilən şəxs qeyd edib ki, MAXE kimi orduya yazılan şəxslərə qarşı dələduzluq edib:

“Onlar sağlam və orduya yararlı olduqları halda həkim müayinəsindən keçmələri üçün vəsait istəmişəm. Buna görə də bir səhv etmişəm, peşmanam. Onlar məndən komissiyadan keçmələri üçün xahiş ediblər. Mən də onların xahişi ilə bu işləri görmüşəm. Hər ay 520 nəfər MAXE olmaq üçün həkim müayinəsindən keçir. Heç kim deyə bilməz ki, kimdənsə pul istəmişəm və ya tələb etmişəm”.

Ş.Quliyev deyib ki, cinayət işində adı keçən 14 nəfərin heç birini tanımayıb, onlarla əlaqəsi olmayıb:

“Həkim komissiyasının sədri idim. Həmin komissiya da həkimlərdən ibarət olub. Onlar da mənə tabe olublar. Bəzi şəxslərlə bağlı zabit yoldaşlarım xahiş edib. Mən də onlara ərk etmişəm, pul istəmişəm. Mənim heç bir kursantla birbaşa əlaqəm olmayıb. Aldığım pullardan da heç kimə vəsait verməmişəm”.

İş üzrə bir neçə nəfər şahid qismində ifadə verib. Onlar ifadəsində Şahin Quliyevə müxtəlif məbləğlərdə pul verdiklərini bildiriblər.

Məhkəmə prosesi iyulun 24-də davam edəcək.

Qeyd edək ki, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Tibb Xidmətinin sabiq rəisi Quliyev Şahin Varis oğlu DTX tərəfindən həbs edilib. Maliyyə yoxlamaları zamanı məlum olub ki, Naxçıvan sakini, 1984-cü il təvəllüdlü Şahin Quliyev bir qrup şəxslə əlbir olmaqla külli miqdarda rüşvət alıb. DTX-nin İstintaq baş idarəsində başlanmış cinayət işi üzrə Şahin Quliyevə AR Cinayət Məcəlləsinin 311.3.1 (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 311.3.2-ci (rüşvət alma, təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 İyul 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri