Icma.az
close
up
RU
Həbsxanada işləyən məhkumların qazancı AÇIQLANDI

Həbsxanada işləyən məhkumların qazancı AÇIQLANDI

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Cəzaçəkmə müəssisələrində məhkumların əməyinin ödənilməsi qaydası açıqlanıb.

Ədliyyə Nazirliyindən bildirilib ki, məhkumlara əməkhaqqının hesablanması, təyin edilməsi və ödənilməsinin hüquqi əsasları qismində Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi, Nazirlər Kabinetinin 2001-ci il 15 sentyabr tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin əmək haqqının ödənilməsi Qaydası”, habelə qanunvericiliyə əsasən Ədliyyə Nazirliyi tərəfindən qəbul edilmiş müvafiq aktlar çıxış edir:

"Belə ki, məhkumlar əmək qanunvericiliyinə uyğun olaraq əməkhaqqı almaq hüququna malikdirlər. Onların əməkhaqqı əməyin ödənilməsi dərəcələrinə müvafiq surətdə vahid tarif cədvəlləri əsasında hesablanır.

Məhkumların əməyinin ödənilməsi sisteminin əsasını işəmuzd və vaxtamuzd əməkhaqqı təşkil edir.

İşəmuzd əməkhaqqı fərdi və kollektiv (briqada) əməkhaqqı formalarına bölünür. Fərdi işəmuzd əməkhaqqı məhkumun hazırladığı yararlı məhsulun kəmiyyətinə və hər məmulat vahidinə qoyulan işəmuzd qiymətlərə görə müəyyənləşdirilir. Kollektiv (briqada) işəmuzd əməkhaqqı formasında isə kollektivin (briqadanın) hər bir üzvünə onun kollektivdə (briqadada) işlədiyi iş vaxtından və ona verilmiş ixtisas dərəcəsindən asılı olaraq əməkhaqqı hesablanır.

İş vaxtının normasını tam işləmiş və öz əmək vəzifələrini yerinə yetirmiş məhkumların aylıq əməkhaqqının məbləği ölkə üzrə müəyyən olunmuş minimum miqdardan az olmamalıdır. Natamam iş vaxtına görə əməyin ödənilməsi işlənmiş vaxta mütənasib və ya istehsaldan asılı olaraq həyata keçirilir.

Məhkumların əməkhaqqı, əməkhaqqına xidməti illərə görə əlavələrdən başqa bütün əlavələr, mükafatlar və digər ödənişlər qüvvədə olan əmək qanunvericiliyinə uyğun olaraq tənzimlənir. Əməkhaqqından gəlir vergisi və digər məcburi ödənişlər, həmçinin əgər varsa icra sənədlərinə görə tutulmalar qanunvericiliklə müəyyən edilmiş qaydada aparılır.

Bütün tutulmalı məbləğlərdən asılı olmayaraq aylıq əməkhaqqının ən azı əlli faizi, altmış yaşından yuxarı kişi, əlli beş yaşından yuxarı qadın məhkumlara, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş məhkumlara, yetkinlik yaşına çatmayanlara və ya hamilə, cəzaçəkmə müəssisələri nəzdindəki uşaq evlərində uşaqları olan məhkum qadınlara ən azı altmış faizi, məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərə, habelə cəzaçəkmə müəssisəsindən kənarda yaşamağa icazə verilmiş məhkum qadınlara isə tutulmalı məbləğin ən azı altmış beş faizi verilir". /News24.az/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:1274
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 Fevral 2026 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri