Icma.az
close
up
RU
Həbsxanalarda təhsil necə təşkil edilir? : 40 yaşına qədər olan məhkumlar...

Həbsxanalarda təhsil necə təşkil edilir? : 40 yaşına qədər olan məhkumlar...

Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumların islah olması üçün onların həm də təhsilalma imkanlarının inkişaf etdirilməsi əhəmiyyətlidir. Məhkumların təhsili onların reabilitasiya və reinteqrasiyası prosesinin vacib hissəsidir. Təhsil, həmçinin məhkumların gələcək həyatlarını qurmaq və cəmiyyətə faydalı olmaq üçün mühüm bir vasitədir. Bu sahədə atılan addımların, xüsusən də Azərbaycanda cəzaçəkmə müəssisələrində həyata keçirilən təhsil proqramlarının təsirini anlamaq vacibdir.


Sfera.az-a açıqlama verən təhsil eksperti Rizvan Fikrətoğlu qeyd etdi ki, məhkumların təhsili məsələsi onların cəmiyyətə bərpa və reabilitasiya prosesinin bir hissəsi kimi qəbul edilməlidir. Ekspert dedi ki, Azərbaycanda məhkumlar üçün təhsil müəssisələri penitensiar müəssisələrin tərkibində fəaliyyət göstərir:

"Müvafiq qanuna əsasən, cəzaçəkmə müəssisələrində məhkumların islah edilməsi və müstəqil həyata hazırlanması məqsədilə onlarda qanuna itaətin həvəsləndirilməsinə, əməyə və təhsilə vicdanlı münasibətin formalaşmasına, onların mədəni səviyyəsinin artırılmasına yönəldilmiş, vahid islah işinin ayrılmaz hissəsi olan tədris prosesi həyata keçirilir. Azərbaycanda həbsxanalarda təhsil imkanları müəyyən qanunlarla tənzimlənir. Cəzaçəkmə müəssisələrində təşkil edilən təhsil proqramları daha çox orta təhsilə yönəlmişdir və məhkumların ümumi orta təhsil alması üçün müxtəlif şəraitlər yaradılır. Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış imtahanları keçirilir və məhkumların təhsil alması üçün imtahanların təşkilinə dair qanuni tənzimləmələr mövcuddur".


Ekspert bildirdi ki, həbsxanalarda təhsil müəssisələri Elm və Təhsil Nazirliyinin nəzarəti altında fəaliyyət göstərir və əsasən 40 yaşına qədər olan məhkumlar orta təhsil alır:

"Daha yaşlı məhkumlar və əlilliyi olan şəxslər təhsil almağa öz arzularına uyğun olaraq cəlb edilirlər. Həmçinin, məhkumların təhsil alması üçün müəyyən əlavə şəraitlər, məsələn, dərsliklər və tədris vəsaitləri təmin edilir.


Cəzaçəkmə müəssisələrində tədris axşam və əyani formada həyata keçirilir. Tədrisin təşkilində müəyyən resurs çatışmazlıqları, infrastruktur problemləri və sosial-psixoloji çətinliklər mövcuddur. Ancaq təhsil proqramlarının məhkumların cəmiyyətə reinteqrasiyasına təsiri müsbət olaraq qiymətləndirilir. Təhsil, məhkumların gələcəkdə iş tapmaq, sosial münasibətləri inkişaf etdirmək və cəmiyyətə uyğunlaşmaq bacarıqlarını artırır".


R.Fikrətoğlu məhkumların təhsili ilə bağlı gələcək perspektivləri belə izah edib:


“Resurs çatışmazlığı, infrastrukturun azlığı, sosial və psixoloji problemlər qabarıqdır. Ölkəmizdə məhkumların təhsilinə dair gələcək perspektivlərdə təhsil proqramlarının daha da genişləndirilməsi, müəllim və tədris resurslarının artırılması, eləcə də məhkumlar arasında təhsilə olan marağın çoxalması məqsədilə maarifləndirmə və təşviqat işlərinin aparılması vacibdir".


Ekspertin sözlərinə əsasən, məhkumların təhsili, yalnız məhkumların mədəni və intellektual inkişafını deyil, həm də onların iş bacarıqlarını artırır:

"Bu, onların gələcəkdə iş tapma şanslarını yüksəldir və cəmiyyətə faydalı və müstəqil fərdlər kimi inteqrasiya olmalarına kömək edir.


Bununla yanaşı, təhsil proqramlarının məhkumların cəmiyyətə reinteqrasiyasına təsiri müsbət olaraq qiymətləndirilir. Təhsil, həmçinin onların əxlaqi və psixoloji vəziyyətini yaxşılaşdırmağa, cəza müddətində qarşılaşdıqları sosial çətinliklərə qarşı mübarizə aparmalarına da kömək edir. Təhsil, məhkumlara yalnız özlərini tanımaq və şəxsi inkişaf üçün imkan yaratmaqla kifayətlənmir, eyni zamanda onlara cəmiyyətə geri dönərkən faydalı olmalarını təmin edəcək bacarıqlar təqdim edir.
Məhkumların təhsil alması, onların həyat keyfiyyətini yüksəldərək, cəmiyyətə daha faydalı üzvlər olmalarına şərait yaradır. Bu proqramlar həm də onların sosial inteqrasiyasına böyük təsir göstərir və müvafiq resursların təmin edilməsi ilə effektivliyi daha da artıra bilər".


Bəsti Rəfizadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://sfera.az
archiveBu xəbər 02 Aprel 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see367

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see349

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see317

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see308

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see299

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see291

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see280

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see270

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see262

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see250

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see248

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see237

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see236

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see236

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see233

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see222

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see210

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri