“Heç bir yerdən gəlirim yoxdur, uşaqlarım çox vaxt ac yatır” Astara sakinindən MÜRACİƏT / VİDEO
Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.
Astara rayonu, Şuvi Səlivə kənd sakini İbrahimov Bəhruz Amil oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Ünvanlı sosial yardım üçün müraciət etsə də, müsbət cavab ala bilmədiyini deyən şikayətçinin müraciətini dərc edirik:
“Mən, İbrahimov Bəhruz Amil oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Bildirim ki, 3 uşaq atasıyam, heç bir yerdən gəlirim yoxdur. İmkansızlıqdan uşaqlarım çox vaxt ac yatır.
Ünvanlı sosial yardım üçün müraciət etmişəm. Lakin hələ gəlib baxış keçirməyiblər.
Evimdə işıq yanmır. 30 manatım yoxdur ki, işıq pulumu ödəyim. Evimiz pis haldadır, yağış başımıza yağır”.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdiliyə məlumat verilib.
Aynurə MUSTAFAYEVA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 18 Dekabr 2024 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















